Ağdam kolleci “QAİ”şnik hazırlayır ? - Kollecdə rüşvət pik həddə çatıb…

“Narxoz”un rektoru  Ədalət  Muradov nə düşünür ? 

Məlumdur ki, sovet  dövründəki  texnikumlar sonradan KOLLEC-ə çevrildi. 
Ən mühüm məqam odur ki, bu kolleclər birbaşa universitetlərə tabe oldu. 
Məsələn, Pedoqoji  Kollec Pedoqoji Univeristetə, Mədəniyyət Kolleci Mədəniyyət Universitetinə və s…tabe oldu.
Beləlliklə, hər şey  VAHID ƏLDƏ  cəmləşdi. 
Yəni kolleclərin müstəqilliyi sıradan çıxarıldı. 
İndi haqqında bəhs edəcəyimiz kolleclərdən biri də Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir. 
Qısa məlumat üçün  qeyd edək ki, adı çəkilən kollec Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsilərindən biri olmaqla, 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin Qərarına əsasən Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumlarının bazasında və bu təhsil müəssisələrinin birləşdirilməsi əsasında yaradılıb. 
Hal-hazırda Ağdam Dövlət Sosial-İqtisad Kollecində Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), Təsviri incəsənət müəllimliyi, Maliyyə işi, Nəqliyyatda daşımaların təşkili, YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ  ixtisasları var.
Bəli, bu kollecdə əsas məsələ YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ, yəni  QAİ-dir. Yəni bu fakültəni bitirən şəxs QAİ-də işləyə bilər. 
Bax, əsas məsələ budur.
Bu fakültənin qiyməti ən bahalıdır. 
Bu kollecdə rüşvət pik həddə  çatıb. 
Adı çəkilən kollecdə təhsil alan tələbələr deyir ki, ümumi imtahanlardan keçmək üçün 100-150  manat arası “rüşvət” yığılır. Bu pulu verməyən tələbələrə isə kollecin direktoru ilə danışmaq məsləhət görülür. Daha doğrusu tələbələrə bildirilir ki, adamın gəlsin Natiq müəllimlə danışsın.
Natiq müəllimin sağ  əli isə Mütəllim müəllimdir. 
Kollecin tədris məsələlərinə baxan əsas  fiqur Mütəllim müəllimdir. 
Əsas odur ki, bir çox tələbələr ki, onların adları jurnalda göstərilsə də, həmin tələbələr yalnız Təhsil Nazirliyindən yoxlama gəldiyi zaman təhsil müəsissəsində “peyda” olurlar.
 Dərslərdə iştirak etməməyin aylıq xərci isə 80-100  manat təyin olunub. 
Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin əksər oğlan tələbələrinin məhz bu yolla dərslərdən “azad” olaraq Bakıya işləməyə üz tuturlar.  
Ən böyük problem odur ki, kollecdə saxta diplom və arayışların verilməsi kimi hallar  geniş yayılıb.
Onu da qeyd edək ki, haqqında bəhs etdiyimiz kollec  “Narxoz”un tabeçiliyindədir. 
P.S. Kollecin tabeçliyində olduğu Dövlət İqtisad Universitetinin ( keçmiş NARXOZ ) rektoru Ədalət Muradovun mövqeyini  dərc etməyə haırıq. /gundelik-baku.com/
Bizi izləyin.


0.04810905456543