"Evroline QSC"-nin rəhbəri Əfqan Məmmədov sahibkarın haqqını mənimsəyərək intihar həddinə çatdırıb İLGİNC İDDİA

Bir neçə ay bundan öncə "Evrolline QSC" haqqında şikayət məqaləmiz dərc olunmuşdur. Belə ki, Əfqan Məmmədovun hansısa məmura arxalanaraq sahibkarı və bir neçə ailəni çörəksiz qoyan bu, şəxs haqqında təssüflər olsun ki, hələdə ölçü götürən yoxdur.

"Korrupsiya.az" informasiya agentliyinə müraciət edən sahibkar "Turanyol Group"MMC-nin direktoru Qurban Əliyev 405.700 manat məbləğində pulunu mənimsəyən Əfqan Məmmədovdan şikayətçidir

Şikayətçi media vasitəsi ilə müraciətində bildirir ki,Əfqan Məmmədov get hara istəyirsən şikayətini de sənə verəcək heçbir manatımız yoxdur iddiası ila sahibkarın 405.700 manatını mənimsəyib.

Qurban Əliyəv bildirir ki, Əfqan Məmmədov kimlərəsə hansısa məmura arxalanaraq qardaşı Ayaz ilə bizi məhv etməklə hədələyir və bizi işlədərək haqqımızı mənimsəməkdə iddialıdır.

Burada iki sual ortaya çıxır.

Sual 1: Get kimə hara istəyirsən de şikayətivi elə deyən şəxs "Evroline QSC"-nin direktoru Əfqan Məmmədov doğurdanmı ölkə qanunlarından çəkinmir?

Sual 2: Və yaxud bu şəxs hansı məmura arxayındır?

İnanırıq ki, bu məqaləmizdən sonra bu şəxslə bağlı adiyyatı qurumlar araşdırma apararaq "Evronline QSC"- nin direktoru Əfqan Məmmədov haqqında ciddi ölçü götürəcəklər.

Mövzunu diqqətimizdə saxlayacaqıq.

Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq

Xatırlatma edək ki bir neçə gün öncə "Sahibkar üç generaldan kömək istəyir"başlıqı ilə mediada müraciət yayılmışdır

 

0.047730922698975