Rusiya Ukraynada ciddi itkilər verir - RƏQƏMLƏR

Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib.

Hakimiyyet.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

"İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb", - Arestoviç vurğulayıb.

O, həmçinin bildirib ki, Birgə Qüvvələr Əməliyyatı zonasında, ilkin hesablamalara görə, “Rusiya ordusunun tərkibinə daxil olan 1-ci və 2-ci ordu korpuslarınin təxminən 50-60 min şəxsi heyəti iştirak edir.

"Lakin bu o demək deyil ki, onlar bizim mövqelərimizə birbaşa basqın edirlər. Bunlar ikinci və ya üçüncü eşelonlardır və s. Orada bizim on minlərlə əsgərimiz var", - Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri əlavə edib.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.

 
1.0836660861969