Məlumdur ki, ətraf mühitin mühafizə olunması hər zaman öz aktuallığı ilə əksəriyyətin diqqəti cəlb edib. Belə bir səbəbdən də, son illər ekologiya sahəsinə daha çox diqqət və qayğı göstərilir, həmçinin bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması yöndə aidiyyati dövlət qurumları tərəfindən lazımi tədbirlər də görülür. Faktdır ki, müasir dövrümüzdə bəşəriyyətin varlığını ekologiyasız təsəvvür etmək heç cür mümkün deyil. Ona görə də, bugünə kimi aiddiyyatı dövlət qurumları tərəfindən çoxsaylı proqramlar işlənib hazırlanmış və icraası da uğurla həyata keçirilmişdir. Unutmaq olmaz ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, yenə də əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların, parkların salınması və s. məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Sözsüz ki, bu sahədə lazımi uğurların əldə olunmasında ekologiya sahəsində çalışan mütəxəssislərin, vəzifə borcunu lazımi səviyyədə yerinə yetirən şəxslərin böyük rolları olur ki, həmin şəxslərdən biri də, Hirkan Milli Parkının sabiq direktoru Mirzəyev Azər Vəliağa oğlu olur. Bu şəxsin həyat və fəaliyyəti haqqında lazımi məlumatları əldə etdikdə bəlli olur ki, Azər Mirzəyev 04 yanvar 1977-ci ildə Astara rayonunun Vaqo kəndində dünyaya göz açır və orta təhsilini 1994-cü ildə rayonun Siyəkü kənd orta məktəbində əla qiymətlərlə başa vurur. 1996-cı ildə Azərbaycan Texniki Universitetinə (ATU) daxil olan Azər Mirzəyev, 2001-ci ildə bu ali təhsil ocağında təhsilini müvəffəqiyyətlə başa vurur və 1996-cı ildən 2005-ci ilə kimi müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olur. 1997-ci ildə Yeni Azərbaycan Partiyasına (YAP-a) üzv qəbul olunan Azər Mirzəyev, 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində YAP-ın namizədi olaraq iştirak edir və Vaqo bələdiyyəsinə üzv seçilir. Bundan əlavə o, 2005-ci ildə YAP Astara rayon təşkilatının konfransında Gənclər Birliyinə sədr də seçilir. 2006-cı ilin mart ayında isə, rayon təşkilatında təlimatçı vəzifəsinə təyin olunur. 2 fevral 2009-cu ildə Astara Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsində mühəndis vəzifəsinə təyin olunan Azər Mirzəyev, 3-cü dərəcəli dövlət qulluqçusu olaraq bu sahədə fəaliyyətini davam etdirir. O, 2013-cü ildən 2015-ci ilə kimi Astara Meşə Mühafizəsi və Bərpası Müəssəsinin direktoru vəzifəsində çalışır və 2015-ci ildən 2016-cı ilin iyun ayına kimi isə, Lənkəran Regional Tinglik Müəssəsində işləyir. Azər Mirzəyev 22 iyun 2016–cı ildən 2020-ci ilin may ayına kimi Hirkan Milli Parkında direktor əvəzi vəzifəni daşısa da, az sonra o, cənab Nazirin göstərdiyi etimad əsasında direktor vəzifəsinə təsdiq olunur və o, bu vəzifədə həmin ilin noyabrına kimi çalışır.
Qeyd edək ki, bu şəxs 2013-cü ildən ölkəmizin ekologiya sahəsində çalışır və ötən illər ərzində işgüzar fəaliyyəti ilə xüsusi peşəkarlıq nümayiş etdirir. Bəli, Azər Mirzəyevin keçdiyi həyat yollarına nəzər saldıqda bəlli olur ki, o, ötən 24 illik fəaliyyəti dövründə çalışdığı sahələrin bütün incəliklərinə dərindən yiyələnməyi bacarır. Adicə bir müqayisəni həyata keçirməklə onun hansı qabiliyyətə malik olduğunu, ötən illər ərzində idarəetməni hansı qaydalar əsasında həyata keçirməsini müəyyən etmək heç də çətin deyil. Qeyd edək ki, Azər Mirzəyev istər Astara Meşə Mühafizəsi və Bərpası Müəssəsində, istərsə də Hirkan Milli Parkında direktor vəzifəsini daşıyarkən, onun fəaliyyəti hər zaman dəyərləndirilir. Yəni, bu şəxsin idarəçiliyinə ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev tərəfindən, həmçinin rayon rəhbərliyi tərəfindən yetərincə dəyər verilir. Məsələn, Azər Mirzəyevin bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində göstərdiyi səmərəli fəaliyyəti nəzərə alınır və o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə, 23 may 2020-ci il tarixdə cənab Muxtar Babayev tərəfindən Fəxri fərmanla, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun 21 may 2020-ci il tarixli 40 nömrəli sərəncamı əsasında Fəxri fərmanla təltif olunur. Qeyd edək ki, bu şəxs istər Astara Meşə Mühafizəsi və Bərpası Müəssəsində, istərsə də Hirkan Milli Parkında direktor vəzifəsini daşıyarkən, rəhbərlik etdiyi sahələrdə hər zaman nizam-intizam yaradır, lazımi addımlarını atır və bunun nəticəsi olaraq bir çox uğurlu naliyyətlər əldə edir. Yəni, həmin illərdə bəzi yerli qurumların və brakonyerlərin Milli Parka etdikləri müdaxilələrə son qoyulur. Bütün təpgi və təzyiqlərə baxmayaraq o, yalnız Nazirlikdən verilən göstəriş və tapşırıqlara arxalanaraq öz işini davam etdirir və hər an nazirliyin mənafeyini qorumağa çalışır. Təkcə 2020-ci ildə Hirkan Milli Parkına qarşı qaldırılan 60-dək məhkəmə prosesi, Azər Mirzəyevin iştirakı ilə əsassızlandırılaraq ləğv olunur və o, 200-dən çox yoxlamalardan nöqsansız çıxır. 2020-ci ildə işində yol verdiyi nöqsanlara görə 17 işçi haqqında Nazirliyə təqdimat yazır. İşlədiyi müddət ərzində Azər Mirzəyevlə bərabər, idarənin bir çox işçiləri də Lənkəran, Astara və Lerik rayon İcra Hakimiyyətlərinin başçıları tərəfindən Fəxri Fərmanlarla, ayrı-ayrı mükafatlarla təltif olunurlar. Bu da həmin şəxslərə daha məsuliyyətli olmağa və bəzi “qara qüvvələr”ə qarşı mübarizə tədbirlərini gücləndirməyə səbəb olur. Azər Mirzəyev Milli Parka rəhbərlik etdiyi müddət ərzində, Nazirliyin “Tədbirlər Planı”na əsasən insanları marifləndirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Tədbirlərin keçirilməsində başlıca məqsəd, park ərazisində yaradılmış unikal, zəngin, rəngarən və son dərəcə gözəl təbiətə malik olan, nadir flora və fauna nümünələri ilə hər kəsi tanış etmək olur. Tədbirlərdə Parkın əməkdaşları ilə bərabər məktəblilər, rayon ictimayəti, hətta Nazirlikdə gənclərə dəstək məqsədi ilə yaradılmış könullu qurupların üzvləri də iştirak edirlər.
Hal-hazırda 45 yaş həddinə çatan, kifayət qədər iş təcrübəsi və yetərincə iş bacarığı olan, həmçinin bütün qəlbi və varlığı ilə təbiətimizə, ekologiyamıza bağlı olduğunu əməli addımları ilə sübuta yetirən Azər Mirzəyev, 2020-ci ilin noyabr ayından bugünə kimi işsiz qalmaqdadır. O halda sual oluna bilər ki, görəsən gənc və enerjili olan bu şəxsin iş bacarığından, potensialından istifadə etməmək hansı qüvvələrin maraq dairəsindədir? Axı, bu gün ekologiyamızın müəyyən sahələrinə aid çoxsaylı problemlər var və həmin problemlərin aradan qaldırılmasında peşəkar mütəxəssislərin, vicdanı saf, əqidəsi sağlam olan şəxslərin böyük rolları olur. Ona görə də düşünürük ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Azər Mirzəyevin ötən illər ərzindəki işgüzar fəaliyyətini nəzərə alacaq və bu şəxsin bacarığından, potensialından və s.-dən istifadə olunması yöndə qərarını verəcək. Çünki, onu tanıyan bir şəxs olaraq o haqda məlumata malikik ki, Hirkan Milli Parkınının sabiq direktoru ekologiya üzrə olduqca peşəkar bir mütəxəssisdir. Yəni, bütün bunları kiməsə xoş gəlsin deyə yazmırıq, məhz Azər Mirzəyevin iş üslubu, idarəçilik bacarığı və s. haqda məlumatlı olduğumuz üçün yazırıq.
Onu da qeyd edək ki, Azər Mirzəyev heç də sıradan bir şəxs deyil. Yəni o, idarəçilik sahəsində kifayət qədər həyat yolu keçən, təmiz əqidəsi ilə ulu öndər Heydər Əliyev siyasətini lazımınca müdafiə edən, ölkə rəhbəri İlham Əliyev cənablarının ümumilli maraqlarımızın təmin olunması yöndə etdiyi hər çağırışa dəstək verən, saf əqidəsini və sağlam düşüncəsini ortaya qoymağı bacaran və yüksək insani keyfiyyətə malik bir şəxsdir. araz.az