Prezidentin göstərişindən sui-istifadə edənlər kimlərdir?.. – Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi sahibkarın torpaq sahəsini mənimsəyərək satışa çıxarıblar!

Prezident İlham Əliyev: ”Görsəniz ki, rəhbər şəxslər ayrı yola gedir, mütləq məlumat verin”.

2019-cu il mart ayının 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin bir qrupu ilə görüşərkən yazıçı və şairlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə Dövlət Şəhərsalma və Arxİtektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər vermişdi. Bundan dərhal sonra Bakı Şəhər İcra Hakimiyyəti binanın tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinə başlayıb. Uzun axtarışlardan sonra Binəqədi rayonu S.S.Axundov küçəsinin Şimal hissəsində “Orxan” kiçik müəssisəsinə laboratoriya korpusunun layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin faktiki olaraq istifadədə olduğu halda BŞİH-nin işbazları tərəfindən təcili sənədləşdirmə işlərinə başlanılır.

Bina tikilməsi üçün ayrılan ərazi əslində kimə məxsus olub?

Məlumat üçün qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.06.1998-ci il tarixli, 543 saylı Sərəncamına əsasən “Orxan” kiçik müəssisəsinin 23.04.1998-ci il tarixli, 1 saylı məktubu nəzərə alınaraq, Binəqədi rayonu, 3123-cü məhəllədə Bakı şəhər XDS İcraiyyə Komitəsinin 21.11.1985-ci il tarixli 18 C saylı qərarı ilə ayrılmış 04 ha ərazinin tikinti-quraşdırma işləri başlanmış hissəsi (04.08.1992-ci il tarixli, 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə akta əsasən) “Orxan” kiçik müəssisəsinə laboratoriya korpusunun lahiyələşdirilməsi və tikintisi üçün təhvil verilmişdir.

Qeyd edilən torpaq sahəsində tikinti işləri aparılması üçün tərtib edilmiş 11020 saylı İnşaat Pasportu Bakı Şəhər İcra Hakimiyyəti baş memarı E.Qasımzadə tərəfindən 31.01.2001-ci il tarixində təsdiq olunmuşdur.

Tərəfimizdən qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi üçün 30.07.2018-ci il tarixli və bundan sonra müxtəlif tarixli sorğular ilə Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə, Azərbaycan respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Azərbaycan respublikası Milli Arxiv İdarəsinə və digər orqanlara müraciət olunaraq Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 21.11.1985-ci il tarixli 16 C saylı qərarının, həmin qərar əsasında tərtib edilmiş situasiya cizgisinin, ayrılmış torpaq sahəsinin cizgisinin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.06.1998-ci il tarixli 543,544 saylı Sərəncamının, Bakı Şəhər İcra Hakimiyyəti baş memarı E. Qasımzadə tərəfindən 31.01.2001-ci il tarixli ayrıca aktının, 8/394 

saylı iş üzrə ayrılmış torpaq sahəsinin cizgisinin, «Radiopribor» Elmi istehsal Birliyinin Bakı filialı ilə «Orxan» kiçik müəssiəsi tərəfindən tərtib edilərək 06.08.1992-ci il tarixdə təsdiq edilmiş 04.08.1992-ci il tarixli 117 saylı yarımçıq tikilinin dəyərinin ödənilməsi barədə aktın, «Radiopribor» Elmi İstehsalat Birliyinin Bakı filialı ilə «Orxan» kiçik müəssiəsi arasında bağlanmış 11.09.1992-ci il tarixli 10 saylı müqavilə və bu sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin təsdiq olunmuş surətinin verilməsi xahiş olunmuşdur.

Bununla bağlı dəfələrlə sorğu göndərilsə də yuxarıda qeyd olunan orqanlar müxtəlif bəhanələr gətirməklə həmin sənədləri verməkdən imtina edib və sorğuya cavab verməyiblər. Bunun ardınca Azərbaycan respublikası Prezidentinə və digər orqanlara kütləvi müraciətlərdən sonra Bakı Şəhər İcra Hakimiyyəti sahibkara bildirib ki, 08 may 2019-cu il tarixdə onlara cavab göndərilib. Lakin faktiki olaraq sahibkarın ünvanına heç bir məktub daxil olmamışdır. Bakı Şəhər İcra hakimiyyətinə yollanan sahibkar məktubun nüsxəsini oradan əldə etməyə nail olmuşdur. BŞİH-nin sahibkara ünvanladığı məktubda qeyd olunur ki, Azərbaycan respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə həmin sahə üzərində mülkiyyət hüququna xitam verilməsi üçün əsas yaranır. Qaldırdığınız məsələnin əsaslı araşdırılması üçün əməkdaşlarımız tərəfindən göstərilən ünvanda və Bakı şəhər İcra Hakimiyyətində olarkən sizinlə söhbət zamanı məlum olmuşdur ki, sərəncam qəbul edildikdən bu günə kimi həmin sahədə tərəfinizdən heç bir iş görülməmiş, torpaq sahəsi istifadəsiz qalmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq qüvvədə olan qanunvericiliyin tələblərinə uyğün şəkildə Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsinin Şimal hissəsində ”Orxan” kiçik müəssiəsinə laboratoriya korpusunun layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində istifadə hüququnuza Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 09.01.2019-cu il tarixli 14 saylı Sərəncamı ilə xitam verilmiş və həmin sahə Azərbaycan Yazıçılar Birliyinin daimi istifadəsinə verilmişdir.

Yazıçılar Brliyi 1400 kv.m.yaşayış sahəsi və 3,5 milyon manat pul müqabilində bina üçün nəzrdə tutulan torpaq sahəsini necə satışa çıxarıb?!..

Məlumat üçün qeyd edək ki, bina üçün nəzərdə tutulan torpaq sahəsi hasarlıdır, qapısı var, həmin ərazi xüsusi mühafizəçi vasitəsi ilə mühafizə olunur, orada inşa edilmiş ev və eyni zamanda 1600 kv.m sahəsi olan tikili var. Bundan əlavə qeyd edilən torpaq sahəsindən 20 ildən artıqdır ki, anbar kimi istifadə olunur.
Redaksiyamıza təqdim olunmuş sənədləri araşdırarkən aydın olur ki, kimlərsə sahibkara məxsus olan əmlaka göz dikərək qanunsuz əməllərə əl atmaqdan çəkinməyiblər. Baş verən qanunsuzluq o həddə çatıb ki, sosial ədalət prinsipləri göz görə-görə ayaqlar altında tapdanıb.
Dəyərli oxucularımızın diqqətini Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın mətbuata verdiyi açıqlamasına yönəltmək istəyirik. Mətbuat katibi açıqlamasında qeyd edir ki, Yazıçlar Birliyinin binanı təkbaşına tikmək imkanı yoxdur. Ona görə, hansısa tikinti şirkəti binanı tikməli, birliyə isə pay müəyyən olunmalıdır. Hər halda bu məqamlar sual altındadır. Baş verən proseslər onu deməyə əsas verir ki, Yazıçlır Birliyi 3,5 milyon manata torpaq sahəsini dəllallar vasitəsilə satışa çıxararaq gəlir əldə etmək niyətinə düşüb. Adətən Prezident bu tip layihələri həyata keçirərkən maliyyə mənbələri araşdırılır və müəyyən edilir. Bu halda isə belə nəticəyə gəlmək olur ki, yazıçılar binası üçün sadəcə torpaq sahəsi ayrılıb. Binanın tikintisinin hansı maliyyə qaynaqları hesabına aparılacağı barədə heç bir məlumat yoxdur. Yaranmış vəziyyətdən Yazıçılar Birliyi ustalıqla istifadə edərək, nəinki yazıçılar üçün 1400 kv.m. yaşayış sahəsi əldə edir, üstəlik 3,5 milyon manat pul qazanmaq sevdasına düşür.

Rastlaşdığı qanusuzluqlar və haqsızlıqlarla bağlı məhkəmələrə müraciət edən sahibkarı heç kim dinləmək istəmir. Prezidentin göstərişindən sui-istifadə edənlər isə aranın qarışmağından istifadə edərək pul qazanmaq istəyində bulunublar. Növbəti yazımızda sahibkarın məhkəmələrdə üzləşdiyi bürokratik əngəllərdən və süründürməçilikdən ətraflı söhbət açacağıq.

Prezidentin adından məhkəmələrə göstəriş verənlər barəsində hazırlanacaq materialımız da növbəti məqaləmizin mövzusu olacaq.
Acınacaqlı vəziyyət odur ki, torpağı əlindlən alınan və həmin torpaqdakı tikililəri darmadağın edilən sahibkar qalıb bir tərəfdə, Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçlar Birliyi adıçəkilən torpaq sahəsini dəllallar vasitəsilə satışa çıxararaq milyonlarla gəlir əldə etmək istəyirlər.

Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Ardı var….

0.053533792495728