Hakimiyyet.az Korrupsiya.az informasiya agentliyinə istinadən xəbər verir ki, Abşeron sakinləri tərəfindən şikayət ərizəsi daxil olub.
Şikayətdə deyilir: “Azərişiq ASC'” MTK ilə olan problemini biz sakinlərdən qisas formasında alır.
Belə ki bizim yaşadığımız binada işıq problemi biz sakinləri bezara gətirib
Xırdalan Şəhəri Həsən Əliyev küçəsi bina 93 sakinlər rəsmi qurumlardan kömək istəyir.
Maraqlı tərəfi odur ki “Azərişıq ASC” rəsmiləri sakinlərə süni maneələrlə bəhanələr gətirərək hər dəfəsində bizim problemimiz mtk ilədir “MTK” bizi razı salsın sonra isə sizin işıq probleminiz həll edərik
bidirilir.
Sakinlər bildirir ki, hər 4-5 gündən bir işıqlarımız avtomatik olaraq sönür,səbəb isə 184 sakin yaşayan binanın bir ədəd işıq sayğacı var. Gülməli tərəfi odur ki, bu bir ədəd sayğacdan 184 sakin istifadə edir,ödəniş limiti bitdikdən sonra sayğac avtomatik olaraq 184 nəfərin işıqını keçirir.
Sonuncu dəfə belə hal mart ayın 21-i bayram günü baş verib.Biz sakinlər bayram günümüzü qaralnıqda qeyd etdik .axı niyə? sakin bildirib.
Maraqlısı odur ki, 184 sakinin yaşadığı binada sakinlərin etirazına belə reaksiya verən maraqlanan heç bir rəsmi qurum yoxdur.
Dəfələrlə Abşeron RİH başçısı Abidin Fərzəliyevə müraciət ünvanlasaqda məktublarımız elə müracət formasındada qalıb.
İnanırıq ki, “Azərişıq ASC” nin rəhbərliyi sakinlərin etirazını nəzərə alaraq məsələni kökündən həll edəcək.
Azərbaycanın qısa müddətdə qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin böyük sürətlə inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bəs bu nəaliyyətlərə kölgə salanlar kimlərdir?
Cənab prezdent hər bir çıxışında dəfələrlə bildirir ki “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” – deyərək hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, son illərdə həyata keçirilən tədbirlərin səmərəli nəticələr verməsini təmin etmişdir.
Mövzunu diqqətimizda saxlayacaqıq