Xalq artisti Zeynəb Xanlarovanın ABŞ-da olan xeyriyyə fondunun sənədləri tapıldı - SƏNƏDLƏR

Teref.az olaraq sosial şəbəkədə şok yaradan Zeynəb Xanlarovanın ABŞ-da xeyriyyə fondu açdığı haqda xəbər vermişdik.
Bu xəbərə inannlarda olmuşdu, inanmayanlarda. Həttə bizi dezingormasiya yaymaqda ittiham edənlərdə.Baxmayaraq ki, biz istinadımızı etmişdik və mənbəmizi göstərmişdik.Lakin nə Zeynəb xanımdan səs çıxdı nədə bizi ittiham edənlər susdular.Hətta bəzi ünlülər belə kompaniya aparmaqda suçladılar.
Teref.az olaraq Xədicə İsmayılın Xalq artısti Zeynəb Xanlarovanın ABŞ-da təsis etdiyi xeyriyyə fondunun sənədlərini və bu fondun direktorlarının siyahısını təqdim edirik. Xədicə İsmayılın iddiasına görə direktorların siyahısında məşhur vəkil Aslıan İsmayılda var.
Khadija Ismayil
4 ч. ·
Laundromat üzrə ödənişlərdə adı keçdiyi üçün Zeynəb Xannlarova fondunu da araşdırmışdım (Amerikada yaşayan iki dostun köməyilə). Sadəcə məbləğ çox kiçik idi deyə, maraq doğurmadı.

Fond qeyri kommersiya təşkilatıdır. Direktorları Rovshan Sharipov, David Yusubov və Aslan İsmayılov.

Pul köçürməsi olub Bakıdan fonda, amma bu məbləği vergi və xarici agent bəyannamələrində qeyd etməyiblər. Məbləğ də böyük deyildi. Amma qara yollarla köçürülüb.
Hüquqşünas Aslan İsmayılov daha yaxşı bilər.
Suallara cavab: bəli, vəkil Aslan İsmayılov. Göstərilən ünvanda Viza hüquq firması yerləşirdi.

Teref.az




0.049399852752686