Şəhid olan Azərbaycan əsgərlərinin ölümündə Simonyan kimi tərbiyəsizlərin, faşistlərin böyük rolu var

Son zamanlar Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın Azərbaycana qarşı apardığı təxribatlar böyük bir planın tərkib hissəsi kimi üzə çıxmağa başlayıb. Ölkə ictimaiyyəti bunun qarşısının vaxtında alınmazsa, ciddi fəsadlar verəcəyindən narahatdır. Çünki Marqaritanın birbaşa əlindən su içən “Sputnik Azərbaycan” adlı bir qurum Bakının mərkəzində fəaliyyət göstərir.

Hətta onun rəhbərliyinə Abxaziyadan separatçı çalışmaları ilə tanınan birisi də rəhbər gətirilib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Natiq Miri bildirib ki, Azərbaycanın maraqlarına cavab verməyən “Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidir:

“Heç kimə sirr deyil ki, “Sputnik” bütün dünyada fəaliyyət göstərən media adına Rusiyaya işləyən bir casus şəbəkəsidir. Azərbaycanda da onların həm media, həm də mədəniyyət mərkəzləri adı altında fəaliyyət göstərən ciddi casus şəbəkəsi var. Burada zaman-zaman “5-ci kolon”un müxtəlif üzvləri görüşür, konkret tədbirlər keçirir və Azərbaycanın əleyhinə olan məsələləri müzakirə edirlər. Onların ölkəmizdə meydan sulamalarına göz yummaq olmaz. “Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyətinə son qoyulmalıdır. Çünki onlar Azərbaycanın əleyhinə işləyir. Simonyan deyir ki, Qarabağ Rusiyaya birləşdirilməlidir. Belə bir insanın rəhbəri olduğu strukturun filialının Azərbaycanda fəaliyyətini davam etdirməsinə necə göz yuma bilərik?”

Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, “Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır:

“Marqarita Simonyanın bu cəfəng açıqlaması gülünc doğurur. Ukrayna ordusunun zərbəsilə Qara dənizin dibinə enən “Moskva krayseri” də Simonyan kimi artıq heç nəyə yaramır. Simonyanı biz özümüz də elə Qarabağa birləşdirəcəyik.

Gətirəcəyik ora və orada Azərbaycan əsgərindən üzr istəyəcək. Onda o anlayacaq ki, başqasının torpağını kiməsə vermək nə deməkdir. Çünki şəhid olan Azərbaycan əsgərlərinin ölümündə Simonyan kimi tərbiyəsizlərin, faşistlərin böyük rolu var. “Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır. Hər halda dövlət bu məqamları diqqətə almalıdır”.

#getoutSputnikAZ
@StateDept
@Europarl_EN
@coe
@EU_Commission
@EP_President
@PACE_News
@CharlesMichel
@MID_RF
@mfa_russia
@embrus_az
@riccbaku
@rianru @rsgov
@Russ_Com_of_Aze
@_m_Simonyan

0.04546594619751