Həbsdəki dindar polislərin Allahı söyməsi iddiasını təkzib etdi

 

Ağaəli Yəhyayevin həbsi zamanı polislərin guya Allahı söyməsi xəbəri ilə bağlı onun bacısı Elnarə Yəhyayeva açıqlama yayıb.

“Hakimiyyet.az” xəbər verir ki, bu gün o həbsdə olan qardaşı ilə görüşdüklərini deyib:

“Söhbətimiz zamanı qardaşım saxlanılanda ona qarşı işgəncə verilməsi faktları ilə bağlı aidiyyəti dövlət qurumlarının onunla görüşdüyünü, hadisələrin araşdırılacağını və yekunu ilə bağlı müəyyən qərarların qəbul ediləcəyini bildirdi. 

Qardaşım Apelyasiya Məhkəməsində uca Allahın təhqir olunması və dövlət rəhbərliyinə qarşı qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı fikirlərinin təhrif olunmuş formada ictimaiyyət tərəfindən qəbul olunduğunu bildirdi, uca yaradan və dövlət rəhbərliyinin təhqir olunması fikirlərinin maraqlı qüvvələr və dini vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışan şəxslər tərəfindən məqsədyönlü şəkildə istifadə olunmasını təəssüf hissi ilə qarşıladığını dedi. 

Qardaşım bir daha inanclı insanlara müraciət edərək ölkə ərazisində və xaricdə dini vəziyyəti gərginləşdirməyə çalışan qurum və şəxslərin planlarına inanmamağa dəvət edir.

Özünün vəziyyəti yaxşı və saxlanma şəraitindən narazılığı yoxdur”.

0.05823802947998