Göyçay rayonunun icra başçısının 1-ci müavini İkram Vəliyev özünü icra başçısı təyin edib?
Korrupsiya az informasiya agentliyinin redaksiyasına daxil olan məlumatda bildirilir ki, İkram Vəliyev 23 AA 002 nömrəli, dövlət qeydiyat nişanını, rayon icra hakimiyyətinin balansında olan icra başçısı üçün ayrılan xidməti BMW markalı avtomobilin üzərinə qeyri rəsmi şəkildə vuraraq,vəzifə başına keçmiş başçının xidməti avtomobilində gəlir.
Jurnalist araşdırması apararaq əldə etdiyimiz məlumatda məlum olub ki, 23 AA 002 nömrəli dövlət qeydiyyat nişanı qanuni olaraq Toyota markalı avtomobilin üzərində olmalıdır.
Maraqlısı odur ki, İkram Vəliyevi hansı qüvvələr başçı edəcəyinə arxayın salaraq xidməti avtomobilin nömrəsini dəyişəcək qədər əmin ediblər.
Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
İnanırıq ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məsələyə öz reaksiyasını verəcək.
Xatırladaq ki bir müddət öncə prezident İlham Əliyev Göyçay Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etmişdir.