Bakıda Ermənistan siqaretləri satılır? – VİDEO

Bakıda Ermənistan istehsalı olan siqaretlərinin satıldığı iddia olunur.

Bu barədə məlumat, Rusiya və Ermənistana məxsus internet resurslarında yayılıb.

Videonu paylaşan şəxsin sosial şəbəkələrdə Azərbaycan əleyhinə təbliğat aparan erməni blogerlərdən biri olduğu bildirilir.

Videoda azərbaycan dilində danışan şəxs iddia edir ki, Ermənistan istehsalı olan “Axtamar” adlı siqareti onun tanışlarından biri Bakıdakı mağazaların birindən alıb.

Bu videonun doğurdan da Bakıda, yoxsa başqa bir ölkədə çəkildiyi barədə məlumat yoxdur./Yeniavaz.com/

P.S. Çox güman ki, belə informasiyalar ermənilərin bizə qarşı apardıqları informasiya savaşının tərkib hissəsidir. Lakin ölkədə qol-qanad açmış erməni əsilli şəbəkə günbəgün güclənir və yüzlərlə faktlar mövcuddur

https://www.facebook.com/Hakimiyyet.az/videos/391405825107650/

0.037254810333252