Bəd əməlləri ilə, taleyinə acıdığı "Riyad"ın adına ləkə vuranlara, nüfuzuna xələl gətirənlərə Asif Savalanovdan təəssüb və təəssüf hissi, narahatlıq, məyusluq... yanğı dolu KƏSKİN ETİRAZLAR

"Geniş və nüfuzlu biznes şəbəkəsi olaraq tanınan "Riyad" Şirkətlər Qrupunda baş verənlər yolverilməzdir! Toxunmayın başa düşülməyən biabırçı hərəkətlərinizlə mənə doğma "Riyad"ın nüfuzuna!"

"Tanınmış akademikin — Ulu Öndərin qardaşı Aqil Əliyevin yaratdığı bu Şirkətlər Qrupunda xeyli işləmişəm və qəti şəkildə deyirəm ki, onun rəhbərliyi dövründə burada qanunsuz, özbaşına, hegemon əməllər törədilməsinə heç vaxt yol verilməyib!"

         Baş ofisi paytaxt Bakının ən görməli yerlərindən birində, Həsən Əliyev küçəsi ilə, Tbilisi prospektinin kəsişməsində yerləşən,  yarandığı gündən ölkə iqtisadiyyatının tərəqqisinə töhvələr verən "Riyad" Şirkətlər Qrupunun adını eşitməyən tapılmaz. Bu geniş biznes şəbəkəsinin bazasında birləşən «Riyad Renta», «Riyad Farm», «Azər Rabitə İnşaat», "Riyad Mühafizə", «Azinteroil», "Klassik",.. və «Vicdan-1» adlı özəl müəssisələr, yarandıqları gündən, gördükləri alqışalayiq işlərlə seçilib, yüksək nüfuz qazanıblar. Qurucusu Ümummilli Lider Heydər Əliyevin mərhum kiçik qardaşı, görkəmli elm xadimi, akademik Aqil Əliyev olan bu nüfuzlu Şirkətlər Qrupunun, gördüyü böyük işlərlə, ölkə hüdudlarından kənarda da yaxşı tanındığı hamıya məlumdur.

        Əfsuslar ki, bir çox biznes müəssisələrini tərkibində birləşdirən bu böyük özəl qurumun biznesinin genişliyi müqabilində əldə olunan hərtərəfli əlaqələrinin getdikcə genişlənməsindən sui-istifadə edən, burada vəzifə tutan və yüksək səlahiyyət sahibi olan bəzi təqsirkarların, artıq, bağışlanmaz günaha çevrilən bəd əməlləri, ictimaiyyət arasında da yaxşı tanınan "Riyad"ın günü-gündən artan nüfuzuna xələl gətirməklə, vurulan böyük zərbələrə çevrilir. Belələri, öz şəxsi maraq və mənafeləri naminə, burada qanqaraldıcı insidentlər törətməkdən, qanun çərçivəsinə sığmayan özbaşına hərəkətlər edib, xoşagəlməz və ağlasığmaz oyunlar çıxarmaqdan günü bu günədək çəkinmirlər. Onların belə qanunazidd və iyrənc əməlləri, doğrudan da, gələcəyi belə daha prestijli görünən bu Şirkətlər Qrupunun və onun tərkibindəki bütün özəl müəssisələrin adlarına ləkə olmaqla bərabər, həm də əsl biabırçılıqdır.

         "Riyad"dın taleyinə yazılan mövcud qanqaraldıcı həqiqətlər və reallıqlar barədə, burada ağlasığmaz zorakılıqlara məruz qalanlar, baş verən belə qanusuzluqlara seyrçi şahidlik edən cəmiyyət üzvləri, ələlxüsus da, bir vaxtlar burada vicdanla işləyənlər ürək ağrısıyla danışırlar. Və onlar tərəfindən, baş verən bütün biabırçılıqların əsas günahkarları kimi, ilk növbədə, bu Şirkətlər Qrupunda təsisçi və pay sahiblərindən biri olan İlham Məmmədovun, o cümlədən, qurumun hüquqşünası İlham Qurbanovun, eləcə də, onların ətrafında birləşən digər səlahiyyət sahiblərinin, həmçinin, onların ləğv edilmiş "Riyad Mühafizə" Mühafizə Xidmətində vaxtilə işləyən idmançı cüssəli gənclərdən təşkil etdikləri və əlləri altında hazır saxlayaraq, öz şəxsi mənafe və maraqları naminə, ağlasığmaz ambisiyalarını həyata keçirmək üçün istifadə etməkdən belə çəkinmədikləri zorakı dəstədəki qoluzorluların adları daha çox qabardılır.

          Bu yerdə, onu da qeyd etməyi lazım bildik ki, çoxdan fəaliyyəti dayandırılmış və lisenziyası rəsmən ləğv edilmiş adını yuxarıda çəkdiyimiz mühafizə qurumunun sabiq əməkdaşlarının qanunazidd əməlləri barədə, ölkə mətbuatı ilə bərabər, araz.az xəbər portalının da sensasion məlumatları az olmayıb. Hətta ölkənin əksər nüfuzlu media vasitələri kimi, araz.az da, barəsində daha çox deyilən və ortada belə açıq-aşkar görünən məlum xoşagəlməzliklərlə bağlı, dəfələrlə sensasion xarakterli yazılarını dərc edərək, ortaya çıxarıb. Bu yazılarda, xüsusi olaraq o vurğulanıb ki, nəinki fəaliyyət göstərdiyi vaxtlar, ləğv olunandan sonra da, "Riyad" Mühafizə Xidmətindəki qoluzorluların adlarının hallandığı səs-küylü bir çox qalmaqallar dəhşət doğurduğundan, ümumiyyətlə, yarandığı gündən üzübəri, adı bir sıra qalmaqallı olaylarda yer alan bu qurumun məsul işçiləri də, etdikləri qanunsuzluqlarla hələ gündəmdən düşməyiblər. Çünki başları üstündə, həmişə, havadarı çox güclü olan İlham Məmmədov durub və adlarına çıxılan bütün qalmaqallara göstərişi ondan alıblar. Hətta bu qurumun formasını geyinənlərin qanunsuz hegemon hərəkətləri və özbaşınalıqları aidiyyatı yuxarı qurumlarda belə çoxlarına bəlli olsa da, bizim çoxumuza məlumdur ki, xidmətin belə qanunsuz əməllərə göstəriş və ruh verən vəzifəli şəxsləri, baş verən hər bir səs-küylü qalmaqaldan sonra, "çullarını sudan quru çıxarmağı" bacarıblar -- bunun müəyyən əsas səbəbləri isə, artıq heç kəsə sirr deyil! Bu, başqa söhbətin mövzusu olduğundan, keçək əsas məsələyə. Çünki açıqlayacağımız bu dəfəki real faktlar və sübuta ehtiyacı olmayan həqiqətlər daha acınacaqlıdır və bütün bunlara görə, "Riyad"ın taleyinə acımamaq olmur. IMG 20220814 WA0002    

          Yeri gəlmişkən, onu da bildirmək istəyirik ki, bu geniş və nüfuzlu biznes şəbəkəsində baş verən xoşagəlməz olayları, "Riyad"ın adına vurulan ləkə və əsl biabırçılıq kimi xüsusi vurğulayıb, bütün bunlar barədə, hədsiz narahatlıq, dərin təəssüf, qanqaraldıcı məyusluq hissi və qəlb yanğısıyla danışanlar da az deyil. "Riyad"ın taleyinə belə acıyanlardan biri də, onun təəssübünü çəkməyi bacaran, iş adamı kimi özünü çoxdan yaxşı tanıdan Asif Savalanovdur və araz.az xəbər portalının əməkdaşları olaraq, bizimlə bu kontekstdə söhbətinə, öncə: "Xeyli müddət, Ulu Öndərin tanınmış alim qardaşının yaratdığı və tezliklə ölkənin ən nüfuzlu özəl qurumlarından biri kimi yaxşı tanınan "Riyad" Şirkətlər Qrupunun tərkibindəki "Klassik" firmasına rəhbərlik etmişəm. Bir iş adamı olaraq, indi kənarda fəaliyyət göstərsəm də, vaxtilə akademik Aqil Əliyev kimi nüfuzlu bir şəxslə, gözəl bir insanla çiyin-çiyinə, o, haqq dünyasına qovuşandan sonra isə, onun layiqli varisinin rəhbərlik etdiyi bu nüfuzlu biznes qurumunda işləməyimi həmişə özümə fəxarət bilmiş, bununla qürur duymuşam.    

          Elə, bunlara görə də, şəxsən mənim özüm üçün həddən ziyadə təəssüfləndirici və qanqaraldıcı bir haldır ki, cəmiyyət arasında hörməti böyük olan, elm aləmində yaxşı tanınan qurucusu rəhmətə gedəndən az sonra, onun burada miras qoyub getdiyi biznes əlaqələrinin genişliyindən sui-istifadə edənlərin öz şəxsi mənafeləri və maraqları naminə törətdikləri ağlasığmaz özbaşınalıqlar, qurduqları çoxsaylı oyunlar bu böyük biznes şəbəkəsinin getdikcə artan nüfuzuna xələl gətirməyə başladı. Ən dəhşətlisi odur ki, günü bu günədək, onlar törətdikləri bu biabırçı əməllərindən əl çəkmək istəmirlər. Baxmayaraq ki, bütün bunlar barədə, hətta ölkə mətbuatı da, -- onların özləri tərəfindən, lakin yuxarıların adıyla dəfələrlə edilən təhdid və hədə-qorxulara baxmayaraq, -- çoxsaylı sensasion yazılarını dərc edir. İndiyədək yazılanların yalan olmadığı da, geci-tezi öz təsdiqini tapır. Haqqında yazılanların sayının günü¬gündən çoxalması isə, getdikcə, «Riyad»ın nüfuzuna daha sarsıdıcı zərbələrə çevrilir! Elə, buna görə də, "Riyad"ın taleyinə acımamaq olmur!" -- deyə, bir məyusluq, yanğı, təəssüf və təəssüb hissləri dolu sözlərlə başladı.IMG 20220814 WA0004

           Söhbətimizin bu yerində, Asif Savalanov xüsusi olaraq onu da vurğuladı ki, elə, "Riyad"ın ortadakı nüfuzu məsələsinə görə, ölkə mətbuatının belə yazıları heç vaxt onun ürəyincə olmayıb. Lakin İlham Məmmədovun və onun ətrafındakıların bağışlanmaz təqsir və günahları ucbatından, son vaxtlar, hədsiz təəssübünü çəkdiyi "Riyad"ın və dərin hörmətini saxladığı onun əsas rəhbəri İlqar Əliyevin adları ətrafında yaranan xoşagəlməz söz-söhbətlərə, eləcə də bu günlərdə Şirkətlər Qrupunun tərkibindəki "Vicdan -- 1" firmasına aid Sumqayıt Maşın Bazarında baş verən sensasion bir qalmaqala görəsə, o da, məcburən mətbuata üz tutmağa qərar verib: "Bu adlar ətrafında yaranan bütün xoşagəlməzlikləri, dolaşan hər bir sensasion insident və qalmaqalı heç cür qəbul edə bilmirəm, konkret desəm, bunları dəhşət sayıram! Qəti şəkildə bir daha deyirəm, çünki bütün bağışlanmaz baş verənlərin, birbaşa, hədsiz təəssübünü daim çəkdiyim və özümə doğma saydığım "Riyad"ın nüfuzuna qarşı olduğunu həmişə açıq-aydın görmüşəm. Bu dəhşəti, həm də onda görürəm ki, sonsuz həyacan və hədsiz narahatlıq doğuran bütün dediklərim, mənim kimi, "Riyad"ın təəssübünü ürəkdən çəkən bir çoxlarının da, bu nüfuzlu Şirkətlər Qrupuyla bağlı gələcəyə hesabladığımız bütün xoş niyyətlərimizin və ümidlərimizin tamamilə puça çıxmasına açıq-aşkar ciddi səbəblər yaradır.

        Mənim özümü daha çox narahat edib, təəssüfləndirən isə odur ki, İlham Məmmədovun göstərişi əsasında, onunla bərabər ətrafındakıların, ağına-bozuna baxmadan törətdiklərinin -- "Riyad" ətrafında baş verən və adına ləkəyə çevrilən səs-küylü olayların, nüfuzuna xələl gətirən xoşagəlməz insident və qalmaqalların dəhşətinə, nəhayətdə, "Riyad" Şirkətlər Qrupunun əsas rəhbəri və pay sahibi, möhtərəm Prezidentimizin əmisi oğlu İlqar Əliyev də dözmədi. Elə, məcburiyyətdən də, bu özbaşınalıqlarla bağlı ölkənin daxili işlər nazirinə və Sumqayıt Şəhər Polis İdarəsinin rəisinə müraciətini ünvanladı. Öz kəskin şikayət xarakterli müraciətində İlqar Əliyev əsasən onu xüsusi vurğuladı ki, mərhum atası Aqil Əliyev tərəfindən ərsəyə gətirilən bu bazarda heç bir pay sahibi olmayan İlham Məmmədov, öz cinayətkar dəstəsi ilə birlikdə, burada da peyda olaraq, toplanan pulları qanunsuz ələ keçirməklə, qatı cinayət törədiblər.

          İlqar Əliyevin yazdıqlarından və hadisə şahidlərinin dediklərindən məlum olur ki, bir neçə maşınla bazara gələn İlham Məmmədovun dəstəsindəki qoluzorlular, tərkibində bu bazar da olan "Vicdan - 1" firmasının təsisçisi və rəhbəri Müşfiq Tarverdiyevdən seyfi açmasını və digər pay sahibi Şahbaz Şahbazova çatacaq 30 min manat pulu verməsini tələb ediblər. O da məcbur qalaraq, qoluzorluların hədə-qorxu dolu inadlı tələblərini yerinə yetirib.

         Bu insident bir yana, məni dəhşətə salan həm də odur ki, İlham Məmmədov öz şəxsi ambisiyasını, bəd əməllərini həyata keçirmək üçün, İlqar Əliyevin oğlu Riyad Əliyevdən də istifadə edir. Bu işin diqqət çəkən tərəflərindən biri də budur ki, bir zamanlar Aqil Əliyevin yanında özünə birtəhər sığınacaq tapan İlham Məmmədov, indi Əliyevlərə məxsus əmlakları ələ keçirməkdə çox israrlıdır. Hər yerdə də, bütün bunları, guya, öz şəxsi investisiyası hesabına yaratdığını açıq şəkildə, nümayişkənara tərzdə deməkdən çəkinmir. Vaxtilə akademik Aqil Əliyev tərəfindən yaradılan “Azinteroil” şirkətinə də sahiblənmək istəyən İlham Məmmədov, bu məqsədinə çatmaq üçün də, Riyad Əliyevdən istifadə edir. Onun təhriki ilə, akademikin nəvəsi isə, məhkəməyə müraciət edərək, bildirir ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər, həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.IMG 20220814 WA0008 1

        Düzü, məni daha çox narahat edən də, elə, həmin insidentin bu biabırçı epizodu oldu və bu neqativliyə dözə bilmədim. Məcburiyyətdən, mənə doğma və sevimli olan bu biznes şəbəkəsinin taleyinə acıyıb, ən çox məyusluq hissləri keçirənlərdən biri olaraq, bütün bunlara ölkə mediası vasitəsi ilə, ayrıca münasibət bildirməyə qərar verdim. Çünki bir daha başa düşürdüm ki, ortada kəskin etirazlar olmasa, 20 illik yaranma tarixini qeyd edən "Riyad"a, bu yaşında rahat yaşamaq qismət olmayacaq. Və özümün də, bu ciddi məsələyə reaksiyam təcili olmasa, rəhmətlik Aqil müəllimin ruhu məni heç vaxt bağışlamaz! Bir də ki, dünyanın belə bir dərəbəylik dövründə, mənə doğma və əziz olan bu böyük və nüfuzlu biznes şəbəkəsində gördüyüm təhlükələrə susmağımın, mənim üçün, Qarabağ torpaqlarında gedən qeyrət və namus savaşı meydanlarından qaçıb, fərarilik etmək kimi sarsıdıcı bir təsiri olardı. Axı, onların törətdikləri belə qanqaraldıcı biabırçılıqlar barədə, kimsə, nəhayətdə təsirli bir söz deməliydi!

        "Araz" qəzetinin əməkdaşları olaraq, sizə çox minnətdaram ki, dediklərimlə bağlı, mənim ölkə mediasına ağrı-acılar dolu müraciətimə, qorxub-çəkinmədən, ilk reaksiya verən oldunuz. Ona görə qorxub-çəkinmədən deyirəm ki, çoxları "Riyad" adıyla bağlı hansısa insidentdən nəsə yazmağa cürət etmir. Bir də ki, onlar nə etsinlər?! Axı, "Riyad" adı altında, qorxub-çəkinmədən, dəhşət doğuran belə oyunlar çıxaranlardan hər şey gözləmək olar. Elə, mənim özüm də, bu yazınız üçün dediklərimin tam məsuliyyətini də, buna görə, özümün hər an təhlükə dolu problemlərlə qarşılaşacağımı da çox yaxşı dərk edirəm.

          Yeri gəlmişkən, həm də onu demək istəyirəm ki, hələ indi-indi İlqar Əliyevə, rəhmətlik atasından qalan olduqca baha qiymətli əmlak və mülkləri ələ keçirmək üçün, İlham Məmmədovun çoxdan belə iyrənc oyunların planını qurduğu məlum olur. Məhz bunun daha bir ən pis nəticəsidir ki, xeyli müddətdir İlqar Əliyevin şəriki olan İlham Məmmədov, indi onun əmlaklarına qarşı iddialar qaldırıb. O, həmçinin digər şəriki Şahbaz Şahbazovla da, bundan xeyli əvvəl mülk davasına çıxıb. Amma bu da olduqca çox maraqlıdır ki, bir zamanlar şərik olan İlqar Əliyev, İlham Məmmədov və Şahbaz Şahbazov üçlüyünün arasında, əmlaka görə, heç vaxt heç bir mübahisə olmayıb.

          Bütün problemlər, ilk olaraq, İlham Məmmədovun Şahbaz Şahbazovu sıradan çıxarmağa başlaması ilə start götürüb. İlham Məmmdov əvvəlcə İlqar Əliyevi inandırıb ki, şərik olduqları Şahbaz Şahbazov onları aldadır. İlqar Əliyevi buna inandırmağı bacaran İlham Məmmədov, prezidentin bu əmisi oğlunun nüfuzundan sui-istifadə edərək, başladığı Şahbaz Şahbazov oyununu bitirmək üzrə olanda isə, bütün həqiqətlər və reallıqlar, öz düzgünlüyü ilə, meydanda görünməyə başlayıb. Bir sözlə, onun, Şahbaz Şahbazovun şirkətdəki payına qarşı qaldırdığı iddiaların yalan üzərində qurulduğu hamıya məlum olub, hətta İlqar Əliyevə də. O da, getdikcə bunu başa düşməyə başlayıb. İndi isə, ona tam aydındır ki, bütün saxtakarlıqları və yalanlar üzərində düşündüyü planlarını, İlham Məmmədov, ona verdiyi etibarnamələr əsasında həyata keçirə bilirmiş.

          Bəli, bu, həqiqətdə də belədir: Göründüyü kimi, nəhayət, İlqar Əliyev artıq onu da bilib ki, onun vediyi etibarnamələr belə, İlham Məmmədov tərəfindən, indiyədək, sui-istifadə edilib. Maraqlıdır ki, indiyədək, əsl həqiqət və reallıqların ortaya çıxmasına da, İlham Məmmədov və onun ətrafındakılar imkan verməyiblər. Bu, baş verən belə xoşagəlməz olayların əsas səbəbidir və bu barədə aldığım məlumatlardakı fakltar içində ən qanqaraldıcısıdır.

          Bu ciddi məsələlərin əsas mahiyyəti isə ondan ibarətdir ki, İlham Məmmədov digər pay sahibi olan şəriklərinə -- həm İlqar Əliyevə, həm də Şahbaz Şahbazova qarşı iddialıdır. Mənsə, bu yöndən olan istənilən çəkişməni tamamilə biabırçılıq hesab edirəm. Bir də ki, o, sadəcə olaraq, Şahbaz Şahbazovun Sumqayıt Maşın Bazarındakı nağd gəlirini qol gücü ilə ələ keçirməkdə israrlı olub. Və elə bunu da, başqa iyrənc və murdar məqsədlərini həyata keçirmək üçün, başqalarına gözləri qarşısında qəsdən, nümayişkaranə şəkildə edib. Düzü, xeyli müddət çalışdığım bu böyük və nüfuzlu biznes şəbəkəsində işləyənlərdən belə addımlar atmalarını heç gözləməzdim!".

          Söhbətimizin bu yerində, "Riyad"da baş verən bütün xoşagəlməz olayların, sensasion təsir bağışlayan bütün qanqaraldıcı epizodları xüsusi olaraq qabardıldı. Həmsöhbətimiz xüsusi olaraq onu da vurğuladı ki, "Riyad"da baş verən bu olayların kökündə duran, eşitdikləri və oxuduqları bu epizodlar onu dəhşətə gətirib hər dəfə: "Hətta İlham Məmmədov bu şirkətin yaradılmasında xüsusi əməyi olan, onun yaradıcısı Aqil Əliyevin həmişə özünə doğma saydığı Şahbaz Şahbazovun, nəinki onun, hətta əməyi çox olan digərlərinin barəsində də, hər yerdə olmazın uydurma, yalan və böhtanlar danışıb hər zaman. Halbuki Şahbaz Şahbazov burada pay sahibi olanda, şirkətin inkişafı yolunda zəhmətini ortaya qoyanda, ortada İlham Məmmədov yoxuydu. Doğrusu, onda, heç mən də onu tanımırdım. Bir sözlə, onda bu ad-soyadlı nə təsisçi, nə də payçı yox idi "Riyad"da.

         Onu da deyim ki, biznes fəaliyyətimin yeni bir dövrünü "Riyad"dan başlamağım ona görəydi ki, inanırdım və tam əmin idim ki, gələcəyi olduqca prestijli görünən bu geniş biznes şəbəkəsinin fəaliyyətindən çox şey asılı olacaq. Di gəl ki, əsas qurucusu dünyasını dəyişəndən bir müddət sonra, burada baş verənləri, mənim kimi, digər diqqətlə izləyənlər də açıq-aydın gördülər ki, İlham Məmmədov kimi hədsiz pul hərisi olaraq, özlərini tanıdan acgöz bəzi rəhbər şəxslər tərəfindən, daha böyük pullar qazanmaq eşqiylə, ağına-bozuna baxmadan, "Riyad"ın getdikcə artan nüfuzuna ləkə ola biləcək min oyun çıxarılır. Belə iyrənc və murad oyunların qurulduğuna şahidlik edənlər onu da açıq-aydın gördülər ki, burada yaşanan problemlərin kökündə də, elə, məhz şəxsi maraq və mənafelər naminə qurulan böyük pullar tələsi durur. Ən əsası isə, bu problemlərin kökündə, həm də rəhbər şəxslərin məsuliyyətsizlikləri və yarıtmaz fəaliyyətləri dayanır. Çünki həmin şəxslərdən ibarət rəhbərlik təmiz, vicdanlı peşəkarlardan yox, korrupsiya hesabına və tanışlıqla ora yol tapanlar hesabına formalaşdırılıb. Bu yolla "Riyad"a soxulanlar isə, nəinki onun nüfuzunu qorumurlar, həm də onun xoş gələcəyi qarşısında ciddi təhlükə mənbəyi olurlar. Ən azından, "Riyad"ın Aqil Əliyevsiz keçən dövrü də, bunu bizə dəfələrlə göstərib.

        Axı, belələrinin tərcümeyi-hallarında qaranlıqlar çox, lap çoxdur. Vaxt gələcək, qaranlıqlar içində olan tərcümeyi-hallarından dəhşət doğuran neçə-neçə faktlar sizlərə də təqdim ediləcək. İndi dediklərim isə, onların tərcümeyi-hallarının qaranlıq tərəflərinin cüzi bir hissəsidir. Bir də ki, belələrinin həyat yolları hərtərəfli ittihamlardan ibarətdir, dövlətimiz və onun mənafeyi naminə fəaliyyət göstərməsi məqsədi ilə qurulan bu şirkət üçün, bu günə qədər, zərərdən başqa bir fayda verməyiblər. Belə birisinin isə, "Riyad" kimi nüfuzlu və geniş bir biznes şəbəkəsində, hətta pay sahibi olması, birbaşa, onun yaradıcısının adına qarşı hörmətsizlikdir!
Üstəlik, belə bir həyat yolu olan bir şəxsin, belə bəd əməllərinin, artıq, heç bir əndazəyə sığmaması isə, ən azından, burada vicdanla işləyən vicdanlı peşəkarlara qarşı da hörmətsizlikdir! Bundan başqa, mənim şəxsən tanıdığım və bu biznes şəbəkəsində vicdanla işləyən çoxlu sayda peşəkar biznes adamları da, bu müddət ərzində, burada baş verən qanunsuzluqlara görə, ən məhsuldar, təcrübəli vaxtlarında "Riyad"dan ya ayrılmağa məcbur olublar, ya da xaric ediliblər. Və bu gün də, dövlətinə fayda vermək əvəzinə, işsizdirlər.

          Ən azından, heç olmasa ortadakı bu biabırçılıqlara görə, əsas rəhbər şəxslər, vaxtında, İlham Məmmədov kimiləriylə bacarmalıydılar. Doğrudur, burada törədilən özbaşınalıqları və hegemon hərəkətləri, birbaşa, "Riyad" Şirkətlər Qrupunun əsas rəhbərliyinin üzərinə şamil etmək də doğru olmazdı. Görünür, “Riyad”ın əsas sahibinin və digər rəhbər şəxslərinin, birbaşa şirkətin nüfuzuna tuşlanıb, sarsıdıcı zərbələrə çevrilən bu biabırçılıqlardan xəbəri olmayıb və törədilənlər barədə, onlar, xəbərdar edilməyib. Çünki "Riyad" olduqca böyük bir qurumdur, əsas rəhbərləri isə, çox vaxt, xarici ölkələrdə olurlar. Yəqin, elə, bu səbəbdən də, onlar "Riyad"ın belə qanqaraldıcı problemləri ilə məşğul olmağa vaxt tapmırlar!IMG 20220814 WA0007 1

        "Riyad"ın belə bir gərgin vaxtında, mənim özümsə, ən azından, şəxsən onu arzu edirəm ki, vətəndaşlarımız bu quruma Vətən mənafeyi naminə işləyən bir biznes şəbəkəsi kimi, həmişə ürəkdən inansınlar. Bir də ki, şəxsən özüm rəhbər vəzifəsində olandan, bu böyük biznes qurumuna daha çox inanmışam və lazım olanda, bu sahədə bildiklərimi məmnuniyyətlə onun yaradıcısı ilə daha çox bölüşmüşəm. Ən azından, həmişə onu demişəm və bir daha deyirəm ki, neçə-neçə peşəkarların bu gün işsiz olduğu bir vaxtda, onlar, "Riyad" kimi şərəfli bir qurumda məmnuniyyətlə çalışmaq istəyərlər. Bir də ki, bu çoxlarının ürəkdən gələn arzularıdır! Bu arzuların çin olması üçün, gərək, "Riyad"da hər şey Aqil Əliyevin rəhbərliyi dövründə olduğu kimi olsun! Sağ olsun, onda müəllim də, məni eşidərək, həmişə peşəkarların işə qəbul olunması üçün, dərhal razılıq verib. İndi isə..." .

            Bu mövzu ilə bağlı həm həmsöhbətimizin dediklərinin, həm də jurnalist araşdırmamız zamanı əldə etdiyimiz məlumatlardakı fakt və dəlillərin "Riyad"dakı real durumun əksi olan və bir-birlərini tamamlayan, konkret desək, sübutuna belə ehtiyac qalmayan həqiqətlər olduğu inkarolunmazdır. Çünki bu həqiqətlərin əldə olunması üçün, ortadakı bütün sübutedici mühüm faktorlardan və ölkə mətbuatındakı sensasion yazılardan istifadə başlıca rol oynayıb. Bu həqiqətlərin əksəriyyəti, sözün əsl mənasında, bu geniş biznes şəbəkəsinin "meydanında atlarını istədikləri kimi çapmaqdan" heç vaxt çəkinməyən İlham Məmmədovun və onun ətrafındakı cinayət ortaqlarının törətdikləri vahimə yaradan, dəhşət doğuran qatı cinayət əməlləri ilə bağlıdır və xülasələri aşağıdakı kimidir:
         
        -- Hər üç şərik arasında əmlaklara, eləcə də vaxtaşırı onlara çatmayan paylara görə, artıq, uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. İlham Məmmədov isə, çox vaxt ədalətin tələblərini belə saya salmayıb. Məsələn, bütün məhkəmə müraciətlərində Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü xüsusi vurğulayaraq, məcburiyyət qarşısında ölkəni tərk etdiyini bildirir. İlham Məmmədov isə, onu yalandan ittiham edərək, guya, onun İlqar Əliyevin etibarından sui-istifadə edərək, "Riyad"a aid bir çox əmlakları ələ keçirdiyini bildirir.

         Ümumiyyətlə, İlham Məmmədovun cinayət əməllərini sübut edən məhkəmə qərar və qərardadları çox olsa da, amma bu hüquqi ədalət sənədlərinin tələblərini icra edən tapılmır ki, tapılmır. Sanki onun təhlükəsi uzaqdan belə hiss olunan elə bir qorxusu var ki, məhz bunu duyduqları üçün, hüquqi ədalət sənədlərinin tələblərini icra edəcək aidiyyatı icra qurumları artıq çoxdan aradan çıxıblar, ortada yoxdurlar.
      
         Nə yaxşı ki, məhz belə yalan və böhtanlarına görə, bilə-bilə yalan məlumat vermə və xəbərçilik ittihamı ilə, son vaxtlar gördüyü böyük işlərə və keçirdiyi alqışalayiq bir çox əməliyyatlara görə, ictimaiyyət arasında nüfuzu durmadan artan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi daha bir əməliyyat nəticəsində, uzun illərdi adı nəinki ölkə mətbuatında, hətta xarici media vasitələrində də yaxşı yöndən hallanmayan İlham Məmmədov həbs edildi. Həbs olunan bu təhlükəli cinayətkar bir müddət Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanıldı. Əfsuslar və çox təəssüflər ki, bu nüfuzlu biznes qurumunda özünü ən təhlükəli kreslo sahibi kimi tanıdan, həbsi ilə bağlı istintaqa dəvət olunan digər şəxslərə, onun pulla gətirdiyi xarici kriminal şəxslər barədə də düşündürücü suallar verilən, cavablar toplanan, burada baş verən bütün qalmaqallı hadisələrin, insanlara qarşı törədilən xoşagəlməz hücum metodlarının və qanun çərçivəsinə sığmayan digər çoxsaylı bağışlanmaz hərəkətlərin, habelə sahibkarlara qarşı törədilən dələduz əməllərin müəllifi olaraq da, adı başda çəkilən bu təhlükəli şəxs, istintaq gedə-gedə, bu işin istintaqını davam etdirən digər qurumlar tərəfindən azadlığa buraxıldı. İndi də, o, ətrafına topladığı kriminal şəxslərlə birlikdə, yenə öz əvvəlki ampluasındadır. Ağlına gələni və istədiyini "ağına-bozuna baxmadan" etməkdən belə çəkinmir;

          -- Geniş maliyyə imkanlı "Riyad"dakı bütün xoşagəlməzliklərin bağışlanmaz günahkarları, hazırda burada bütün səlahiyyətləri heç bir qanun çərçivəsinə sığmayan acgözlüklə qamarlayıb, min bir hiylə ilə, tam ələ keçirən, daha səlis desək, «hazıra nazir olanlardır». Bu amansız «qoçu dəstəsində» cəmləşib, başları üstündəki böyük vəzifə, səlahiyyət sahibinin fitvasından ruh alan «ipə¬sapa yatmayanlar» bu böyük biznes şəbəkəsinin nüfuzunu zərbə altında qoyduqlarını, sanki başa düşmək istəmirlər. Qanunsuz hərəkətləri ilə, törətdikləri cinayətlərə qorxub-çəkinmədən yenilərini əlavə etməkdə davam edirlər. Bir daha qeyd edirik ki, ortada olan böhtan və yalanlarından ibarət iddialarından isə belə məlum olur ki, onlar həm İlqar Əliyevə, həm də Şahbaz Şahbazova qarşıdır. Hətta dəstə başçısı İlham Məmmədovun İlqar Əliyevin xanımı Solmaz Əliyevaya və digərlərinə qarşı qaldırdığı ağlasığmaz iddialar və qoyduğu tələblər də utancvericidir. Axı, onun daha əvvəl İlqar Əliyevin xanımının adına olan əmlaka qarşı da iddia qaldırmasına necə haqq qazandırmaq olar?! Dəhşət ondadır ki, həmin əmlakla bağlı maliyyə arayışı da, artıq, Solmaz Əliyevaya təqdim edilsə də, İlham Məmmədov bununla razılaşmayıb. Öz imzası ilə həmin əmlaka borcun olmadığını təsdiq edən İlham Məmmədov, uzun illər keçəndən sonra, başqa fikirə düşüb. Deyir ki, maliyyə arayışı verilsə də, guya, pul kassaya ödənməyib;

         -- İlham Məmmədovun daha bir qurması əsasında, ölkə başçısının əmisi oğlunun 1 milyonluq torpağı, vur-tut 40 min manata sənədləşdirilərək, ələ keçirilib. Nəticədə, qalmaqal yaşanıb. İlqar Əliyevsə bu əməli törədən keçmiş şəriki İlham Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Onun, hətta bu işin sənədləşməsində İlqar Əliyevin imzasının saxtalaşdırması da ehtimal olunur. Bir sözlə, o, bu iyrənc məqsədini həyata keçirmək üçün də, İlqar Əliyevin oğlu Riyad Əliyevi ələ ala, onunla eyni tərəfdən çıxış edərək, Solmaz Əliyevaya və digərlərinə qarşı iddialar qaldırmağa razı sala bilib ki, bu isə də, heç cür haqq qazandırmaq olmur.
        Onu da qeyd edək ki, hamını düşündürüb, narahat edən "Prezidentin əmisi oğlunun əmlaklarını kimlər ələ keçirib?" sualına cavab tapmaq üçün, nəhayətdə, akademik Aqil Əliyevin nəvəsi də dözməyərək, məhkəməyə müraciət edib. O, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı bir neçə məhkəmə instansiyasında davam edən mülki çəkişmədə Riyad Əliyev xüsusi olaraq onu vurğulayıb ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər, həmin əmlaklar vasitəsi ilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.

         Hətta Riyad Əliyev atasının keçmiş şəriki İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını da məhkəmələrdən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələrin və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə, Qətnamə qəbul edilməsini istəyib;

        -- Bu ilin avqust ayının 21-də, sensasiya yaradan məlum hadisənin baş verdiyi "Vicdan -- 1" firmasının Sumqayıt Maşın Bazarı möhtərəm Prezidentin əmisi, mərhum akademik Aqil Əliyev və sağlığında xeyriyyəçi iş adamı, ölkə jurnalistlərinin yaxın dostu və mətbuatın dəstəkçisi kimi özünü yaxşı tanıdan, Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı, İrəvan Mühacir Hökumətinin rəhbəri olaraq, adı tarixə düşən, "Vicdan Sabir" ləqəbli Sabir Tarverdiyev tərəfindən yaradılıb. Bu yerdə, onu da qeyd etməyi vacib bilirəm ki, mərhumların sağlığında olduğu kimi, hazırda da, bu bazarda 3 nəfərin qanuni şərikliyi var. Onlardan biri, 50 faiz pay sahibliyi ilə, “Vicdan-1” MMC-nin təsisçisi Sabir Tarverdiyev olub. Onun ölümündən sonra, mərhumun bütün hüquqi səlahiyyətləri oğul varisi Müşfiq Tarverdiyevə keçib və bazardakı 50 faiz pay sahibliyi də, onun adına rəsmiləşdirilib. Digər iki şərikin hər birinin 25 faiz pay sahibliyi isə, Aqil Əliyevin oğlu İlqar Əliyevə və professor Şahbaz Şahbazova məxsusdur.
        Nə səlahiyyətli şəxs, nə də ki, pay sahibi kimi, bu bazarda İlham Məmmədovun adı heç yerdə keçmir. Onun özbaşına bu bazarın maliyyə işlərinə qarışması isə, birbaşa, daha bir qatı cinayət törətdiyini təsdiqləyir;

         -- Özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini də söyləyən Şahbaz Şahbazov isə, bütün açıqlama və müraciətlərində "Riyad"ın işinə kölgə salanların qanun çərçivəsində cəzalandırılmalarının vacibliyini önə çəkir. Elə, həmsöhbətimizin də dediyi kimi, ölkə mətbuatında Şahbaz Şahbazovun yer alan müraciətlərindən birinə baxmaq kifayətdir ki, deyilənlərin dəhşəti sizə də aydın olsun.

        Tanınmış həkim, professor Şahbaz Şahbazov, bütün deyilənlər barədə, ölkə başçısına da Müraciət ünvanlayıb. "Riyad" Şirkətlər Qrupunun qurucularından biri kimi yaxşı tanınan, hal-hazırda qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən müraciət müəllifi, başına gətirilənlərlə və burada üzləşdiyi qanunsuzluqlarla bağlı, ölkə başçısından həm özünə, həm də digər haqqı tapdalananlara kömək istəyib. Şahbaz Şahbazov bu Müraciətində, məhkəmələrin əli ilə, sahibkarlığın necə məhv edilməsini təsvir etməyə çalışıb. Bunu özü görəndən sonra, bu sahədə durumun nə qədər acınacaqlı olmasının şahidi olduğunu bildirib. Qeyd edib ki, İlham Məmmədovun və onun ətrafındakıların təqsirləri ucbatından, "Riyad" kimi nüfuzlu bir biznes şəbəkəsinin tərkibindəki "Riyad Farm", “Azinteroil” MMC, "Riyad" Mühafizə Xidməti, "Klassik" firması... ləğv edilib. “Azərrabitəinşaat” ASC və təsisçisi olduğu MMC-lər çətinliklər məngənəsində qalıb. Hətta məhkəmələr də, baş verən bu utancverici proseslərlə bağlı, ədalətin zəfər çalmasında yox, İlham Məmmədov kimilərin sifarişlərinin yerinə yetirilməsində maraqlı olublar.

          Bu cür qanunsuz əməllər sırasında, “Nigar” klinikasının ələ keçirilməsi prosesini də saymaq olar. İlham Məmmədov tərəfindən, bir vaxt gündəmdə olan bu klinikanın zorla ələ keçirilməsi məsələsi, 2016-cı ildə baş verib. Onda İlham Məmmədov klinikaya “Riyad Mühafizə” şirkətinin idmançıları ilə daxil olub. Prezidentin əmisioğlunun və Əliyevlərin nüfuzundan istifadə edərək, bu klinikanı da ələ keçirib. İlham Məmmədova heç bir aidiyyatı olmayan "Nigar" klinikasında bu hadisə baş verəndə, onunla İlqar Əliyevin münasibətləri normal idi və o zaman, şirkətin əsas rəhbəri Şahbaz Şahbazovun onları aldatdığını düşünürdü. Məhz bu səbəbdən də, 50 nəfərlik qoçu dəstəsinin xəstəxanaya sıxılmasına, həkimlərin, müalicə üçün qəbula gələnlərin zorla küçəyə çıxarılmasına, xəstəxananın qapılarının qırılaraq, bütün mühasibat və bank sənədlərinin, möhürün, xəstəlik tarixçələrinin götürülməsinə, kompüterlərın sıradan çıxarılmasına reaksiya olmayıb. Elə, o vaxtdan da, bu klinikaya kimsənin yaxınlaşmasına imkan verilmir. Lisenziyalı bu tibb müəssisəsinin fəaliyyətini iflic olması səbəbindən, 70-ə yaxın işçi küçəyə atılıb və maaşsız qalıb.

       "Nigar" klinikasının təsisçisi, həkim və iş adamı Şahbaz Şahbazov bunu edənin İlham Məmmədov olduğunu deyir, elə, İlham Məmmədov da, nümayişkaranə şəkildə, bunu etdiyini etiraf edirdi. Onu da deyirdi ki, bura giribsə, heç çıxmayacaq da!

         Şahbaz Şahbazov bildirir ki, İlham Məmmədovla bir neçə ortaq şirkətləri olub. İlham Məmmədov adı çəkilən klinikanın da, 33 faiz ortaqlığını tələb edib. Şahbaz Şahbazovun razılaşmadığını gördükdə, bu cür addımlar atmaqdan çəkinməyib. Bu azmış kimi, Şahbaz Şahbazovun həyat yoldaşını, "Nigar" klinikasında həkim işləyən Arzu Şahbazovanı da həmin qoçular tərəfindən döydürüb. Digər ailə üzvlərinin normal yaşamalarına da, imkan verməyib. Buna əsas səbəb isə, Arzu Şahbazovanın, həyat yoldaşı ilə şərikli açdığı "Azintroil" MMC-dən, digər tikinti və ticarət obyektlərindən gəlirləri tələb etməsi olub.
          Nizami Rayon Məhkəməsi “Nigar” klinikasına basqın edən şəxslərin xəstəxanadan çıxarılması ilə bağlı Qərardad çıxarıb. Amma uzun müddət keçməsinə baxmayaraq, bu Qərardadın tələbləri icra olunmur.
         Maraqlıdır ki, İlham Məmmədov həmin klinikaya polis və prokurorluq əməkdaşları ilə birlikdə gəldiyini deyir. Amma kamera görüntüləri və xəstəxanadan çıxarılan şəxslər tam əksini söyləyir. Deyirlər ki, onları klinikadan qol gücünə “Riyad Mühafizə”nin idmançıları çıxarıb;IMG 20220813 WA0011

        -- İlqar Əliyev hüquq-mühafizə orqanlarına müraciətində qeyd edib ki, barəsində şikayət etdiyi İlham Almas oğlu Məmmədovla, uzun zaman, iş ortağı kimi işgüzar və şəxsi münasibətləri olub. Amma sonradan onun qanunsuz əməlləri onu təngə gətirib. İlqar Əliyev daxili işlər nazirinə müraciətində yazır: “2022-ci ildə ortaq olduğumuz işlərdə İlham Məmmədovun pulları mənimsədiyi və digər ortağımız Şahbaz Şahbazova qarşı çoxsaylı cinayətlər törətməsi barədə həqiqətlər üzə çıxdı. Bundan sonra, tərəfimdən ona həm öz adımdan, həm də təsisçisi olduğum və idarəçiliyini həyata keçirdiyim şirkətlərin idarəetməsində istifadə edilməsi üçün verilmiş etibarnamələri ləğv etdim. Bu zaman məlum oldu ki, İlham Məmmədov oğlum Riyad Əliyevi yalan vədlər verib, aldatmaqla, əmlak mənimsəmələri ilə, ağır cinayət əməlləri törədib”.

         İlqar Əliyev tələb edib ki, həmin əmlakın ələ keçirilməsi prosesində iştirak edən digər şəxslər də, məsuliyyətə cəlb olunsunlar;             

-- "İlham Məmmədov yalandan, ağlına gələnləri deməkdən də çəkinmir. Onun bu danışıqlarının şahidləri var. Hətta deyib ki: "Siz ağsaqqalın pulunu necə kəsməyə cürət edirsiniz?!”. Bunu deyəndə isə, Sumqayıt şəhər rəhbərinin adını çəkir. Guya, ona, iri məbləğdə aylıq haqq verir" -- deyə, İlqar Əliyevin müraciətində yazılır.

        Bu da, daha bir həqiqətdir ki, İlham Məmmədovun sensasiya yaradan bu səs yazıları ölkə mətbuatına daxil olub. Artıq jurnalistlərin əllərində olan olan bu səs yazılarından, onun, ayrı-ayrı adlar çəkərək, ayrı-ayrı şəxslərə hədə-qorxu gəldiyi də məlum olur. O, həmin səs yazılarında: “Mənim hər kvadratmetrimə dövlət qarant verir!” -- deyərək, İlqar Əliyevin ətrafında olan insanları qorxutmağa çalışır. Hətta daha irəli gedərək, ölkə başçısının da adını çəkir və bu məsələlərdən onun da xəbəri olduğunu söyləyir...
          16620696303201063149873 2
           Göründüyü kimi, həm həmsöhbətimizin reallıq və həqiqətləri özündə birləşdirən dedikləri, həm jurnalist araşdırmaları zamanı əldə etdiyimiz dəlil və sübutlar, həm ölkənin media vasitələrindəki yazılarda ortaya qoyulanlar, həm də ədalət mühakimələrində ortada olan iddialar İlham Məmmədovun bu nüfuzlu biznes qurumunda özünü ən təhlükəli kreslo sahibi kimi tanıtmasını sübuta ehtiyacı olmayan aksioma təsiri bağışlayan dəlillər kimi ortaya çıxartdı. Bütün bunlar, qəti şəkildə ona bir işarədir və açıq-aydın göstərir ki, o, nəinki şərikləri Şahbaz Şahbazova və İlqar Əliyevə qarşıdır, həm də burada çox şeyi qamarlamaqda çoxdan israrlı və iddialıdır. Bəli, bu iddiada olan İlham Məmmədovun qanunlarımız çərçivəsinə sığmayan, iyrənclik və murdarlıq təsiri bağışlayan bütün bəd əməlləri qanqaraldıcı dəhşət dolu əsl biabırçılıqdır. Burada baş verən bütün qalmaqallı hadisələrin, insanlara qarşı törədilən xoşagəlməz hücum metodlarının və qanun çərçivəsinə sığmayan digər çoxsaylı bağışlanmaz hərəkətlərin, habelə sahibkarlara qarşı törədilən dələduz əməllərin müəllifləri olaraq da, onun və ətrafındakıların adları daim başda çəkilib.
   
          Açıq-aydın görünür ki,araz.az-ın dərc etdiyi bu yazı da, oxşar mövzu silsiləsindəndir və xüsusi olaraq, yuxarıda vurğulananlara rəğmən qələmə alınıb. Və bu ciddi məsələyə aydınlıq gətirmək üçün, apardığımız jurnalist araşdırmalarından sonra, baş verən bu qalmaqalların əsas günahkarlarına heç cür haqq qazandırmaq olmur.

          Sonda, onu da bildiririk ki, ölkə mətbuatının belə haqqında məlumatı az olmayan bu mövzu daim diqqətimizdə olacaq. Çünki adlarını yuxarıda çəkdiyimiz «qəhrəmanların» qanunazidd əməlləri və özbaşınalıqları barədə, üstəlik, "Riyad"dakı mövcud durumla bağlı inkarolunmaz həqiqətlərə və reallıqlara aid xeyli material var əlimizdə. Buna baxmayaraq, son vaxtlar ortaya çıxan və cəmiyyəti düşündürən bir çox suallara ətraflı cavab tapmaq üçün, jurnalist araşdırmalarımızı sonadək davam etdirməyə də qərarlıyıq. Və burada baş verənlərlə bağlı əldə edəcəyimiz ciddi faktlar, topladığımız ətraflı məlumatlar əsasında qələmə alacağımız daha geniş yazılarımızı, tezliklə, dəyərli oxucularımızın da diqqətinə çatdıracaq, ictimaiyyətə təqdim edəcəyik.

 

Məhi ELSEVƏR, 

Səməndər QURBANOV,

Əli HÜSEYN,

araz.az xəbər portalının xüsusi müxbirlər

0.086104154586792