Kralların həyatını qoruyurdu, özü güllələndi: Dünyanın ən yaxşı mühafizəçilərindən birinin ACINACAQLI SONU - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdülziz əl-Səudun şəxsi mühafizəçi öldürülüb. 

Cebhe.info xəbər verir ki, kralın şəxsi mühafizəçisi olmuş Əbdül  Əziz əl-Fəhmin öldürüldüyü hadisənin təfərrüatları bəlli olub. Məkkə polisinə istinadən yayılan xəbərlərə görə, general əl-Fəhm şənbə günü axşam saatlarında öz dostunun evində güllələnib. Kralın mühafizəçisi ona baş çəkməyə gedibmiş, ancaq mübahisə zəminində qonaqlardan biri tərəfindən güllələnib. Belə ki, dostunun yanına gedən general orda mübahisəyə qoşulub. Mübahisə tərəflərindən biri özünü təhqir edilmiş hesab edərək evinə gedib, silahını götürüb və geri qayıdaraq generalı güllələyib. Hadisə bütün qonaqların gözü qarşısında olub. 

Ağır güllə yarası alan mühafizəçi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qatil təslim olmaqdan imtina edib və zərərsizləşdirilib. Daha 5 polis əməkdaşının əməliyyat zamanı yaralandığı bildirilir. 

General Fəhm uzun müddət kral sarayının  sadiq adamlarından biri olub. O, mərhum kral Abdullahı qoruyub. Daha sonra kral Salmanın mühafizəsi ona tapşırılıb. O, bütün dünyada ən yaxşı mühafizəçilərdən biri hesab olunurdu. 

Hakimiyyet.Az

0.10252690315247