Xeyriyyəçi iş adamının mülkiyyətini təhdid yolu ilə ələ keçirmək istəyən qüvvələr kimlərdir? - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, xeyriyyəçi iş adamı Elçin Rzayev “Patrulaz” qaynar xəttinə müraciət edərək dələduzluqla qarşılaşdığını bildirib.

O bildirib ki, tanışı olan Ramil və Ramin qardaşları Hamlet adlı şəxsdə satışda torpaq sahəsi olduğunu bildiriblər. Elçin Rzayev də həmin ərazini almaq istədiyini bildirib və 300.000 manata razılaşıblar. Satış zamanı 200.000 manat nəğd şəkildə və 100.000 manat müqabilində isə Elçin Rzayevə məxsus olan Mercedes S class markalı avtomobil verilib.

Ödəniş zamanı da videoçəkiliş olub. Torpaq sahəsinin sənədləşməsi üçün müəyyən vaxt lazım olduğunu bildirdilər. Sövdələşmədən sonra, deyilən məbləğ tam ödəndikdən sonra Elçin Rzayev ərazidə tikinti işlərinə başlayır və tam müasir, təhlükəsizlik qaydalarına cavab verən avtomobil yuma məntəqəsi tikir. Lakin tikinti bitəndən sonra torpaq sahəsinin sənədləşmısini tələb edəndə mübahisələr başlayır.

Bundan sonra Ramil və Ramin qardaşlarının anası Sitarə Zeynalova Daxili İşlər Nazirliyinə şikayət edib. DİN-də tərəflər dinlədikdən sonra Elçin Rzayevin haqlı olmasına qərar verilib və onun Mercedes S class markalı avtomobili özünə qaytarılıb və məsələ dərindən araşdırılması üçün ərazi üzrə Nizami rayon Polis İdarəsinə yönləndirilib. Lakin 200.000 manat bu günə qədər qarşı tərəfdə qalıb.

Hələ bu azmış kimi Ramil və Ramin Səfərov qardaşları ayrı-ayrı vaxtlarda Elçin Rzayevdən ümumilikdə 98.000 manat müxtəlif iş görmək adı ilə alıblar. Bir neçə gün əvvəl isə ərazini satan Ramin və Ramil Səfərov qardaşlarının göndərdiyi şəxslər gəlib qapılardakı qıfılları qırıb, kassadakı pulları götürüblər.

Hətta bu proseslər zamanı KİV nümayəndələrini də çağırıb, əllərində heç bir rəsmi sənəd olmaya-olmaya özlərini ərazinin sahibi kimi təqdim ediblər. Elçin Rzayev bizim vasitəmizlə aidiyyatı qurumlara müraciət edərək qarşılaşdığı haqsızlıqla müdafiədə ona qanunamüvafiq şəkildə köməklik etmələrini, ona dəyən zərərin geri qaytarılmasını təmin etmələrini xahiş edir.

0.075841903686523