Türkiyənin hakim partiyası: “Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır”

“Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır”

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Azərbaycanın öz torpağı olan Qarabağda erməni terrorçuların çıxarılması üçün antiterror tədbirləri keçirib:

“Antiterror tədbirləri nəticəsində terrorçular ərazidən çıxarıldı. Bundan sonra Azərbaycana qarşı soyqırımı ittihamları səsləndi. Amma bu təsdiqlənmədi. Ümumiyyətlə, belə bir şeydən söhbət gedə bilməz. Əraziyə göndərilən BMT missiyaları nəyəsə nail ola bilmədi. Xüsusilə Fransanın ittihamlarının heç bir əsası yoxdur”.

Ö.Çəlik həmçinin bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərə qalıb yaşamağı da təklif edib.

0.067288875579834