Bakıda sürücü idarəetməni itirərək avtomobili betona çırpdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində, Qələbə dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Honda” markalı minik avtomobilinin sürücüsü maşını yolayırıcı betona çırpıb.

Qəza nəticəsində sürücü xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili cəlb edilib. Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hadisədə yol infrastrukturuna ziyan dəyib. Qəza səbəbindən yolda sıxlıq müşahidə edilib.

Hadisənin təfərrüatı araşdırılır.

0.09217381477356