“Apple” kompüterlərində təhlükəli virus aşkarlanıb

“Apple” kompüterlərinin istifadəçiləri cihazlarının ekran şəkillərini çəkən virusla qarşılaşıblar.

“Kandji” şirkətinin analitikləri bu virusun istifadə edildiyi kiberhücumlardan danışıblar.

“Cuckoo” zərərli proqram təminatı əsasən “Spotify” striminq xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş “DumpMedia Spotify Music” tətbiqi vasitəsilə yayılıb.

Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus istifadəçilərin bəzi məlumatlarını nüsxələyib. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, “Notes”, “Telegram”, “Discord” kimi bir sıra tətbiqlərdən məlumat ötürüb. “Cuckoo” həmçinin kompüter ekranının skrinşotlarını da çəkərək dələduzlara göndərib.

“Kandji” mütəxəssisləri virus tətbiqinin həm “Intel” prosessorları ilə işləyən köhnə “Mac” kompüterlərinin, həm də “Apple Silicon” çipləri ilə işləyən yeni modellərin istifadəçiləri arasında yayıldığını qeyd ediblər. Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.

Mənbə: Mashable

2.3582260608673