Bakı-Qazax yolunda avtomobil aşıb, körpə yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax yolunda 4 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 2019-cu il təvəllüdlü F.Ələsgərli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.071110963821411