Britni Spirsin toyu ilə bağlı xatirələri onun keçmiş həyat yoldaşını qəzəbləndirib

Müğənni Britni Spirsin keçmiş əri Ceyson Aleksandr onların toyları ilə bağlı ulduzun danışdığı xatirələrinə görə qəzəblənib.

Spirsin 2004-cü ildə Las-Veqasda evləndiyi və 55 saat evli olduğu Ceyson Aleksandr müğənninin onunla toyunda sərxoş olduqları barədə hekayəsini təkzib edib.

“Məndən onu sevib-sevmədiyimi soruşdular. Açıq deyim: biz bir-birimizə aşiq olmamışıq. Düzünü desəm, mən çox sərxoş idim və o vaxtlar çox darıxırdım”, - deyə o yazıb.

Ceyson Aleksandr isə həm sevgili, həm də ayıq olduqlarını söyləyib.

İdmanda və aktyorluq karyerasında kiçik uğurlarından sonra fəaliyyət növünü açıqlamayan Aleksandr Britni Spirslə uşaqlıqdan dost olduqlarını və hələ də ona isti münasibət bəslədiyini xatırladıb.

Bundan əlavə, kişi keçmiş həyat yoldaşının memuarlarını almayacağını, lakin böyük pula satmaq üçün ondan şəxsi imzalı bir nüsxə qəbul edə biləcəyini etiraf edib.

Mənbə: TMZ

0.13099789619446