Milli Gimnastika Arenasında Avropa kubokunun açılış mərasimi keçirilib - FOTO

Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:

“Avropa kubokunda hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar arzulayıram. İnanıram ki, ən güclü olanlar qalib gələcəklər. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir”.

Sonra Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, mayın 5-dək davam edəcək Avropa Kubokunda 37 ölkədən 160 gimnast mübarizə aparır. Yarışda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.

0.2312068939209