Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7 628 manat olan 31 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0.09362006187439