Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb.

Ermənistan mediasının məlumatına görə, bu barədə o, mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb. Media nümayəndəsi baş nazirdən Türkiyə prezidentinin inauqurasiyası mərasimində olmasına baxmayaraq, Rusiyada analoji tədbirdə iştirak etməməsinin səbəbləri barədə soruşub.

Baş nazir bunu Rusiyadan dəvət olmaması ilə izah edib.

“Mən Türkiyə Prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldım və gündəliyimizin spesifikasiyasını nəzərə alaraq mərasimdə iştirak etdim. Rusiya prezidentindən belə bir dəvət olmayıb”, - deyə o bildirib.

0.086220026016235