Azərbaycanda bərpa olunan enerji sahəsində ikili diplomlu ixtisas yaradıla bilər

“Hazırda Azərbaycanda bərpa olunan enerji ilə bağlı ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.

hakimiyyet.az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet - sənaye tərəfdaşlığı” panelində çıxışı zamanı bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur:

“Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər, bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.

O əlavə edib ki, sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadrların hazırlığına öz töhfəsini versin”.

İlhamə Əbülfət

0.09409499168396