Zaqatalada müştəri çayxana sahibinə 13 bıçaq zərbəsi vurub

Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

“Report”un məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb.

Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

0.039016962051392