Kobranı oyuncağa çevirən meymunun görüntüləri internetdə virus kimi yayıldı - VİDEO

Meymunlar və ilanlar nadir hallarda bir-birilərinin yollarına çıxırlar. Ancaq sosial şəbəkələrdə yayımlanan videoda belə məqamlardan biri əks olunub.

Kadrlardan görünür ki, ağaca dırmaşan meymun orada gördüyü kobra ilə oyuncaq kimi oynayır. Bu vəziyyətdən narahat olan ilan özünü xilas etməyə çalışır.

Kadrlar istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb, görüntülər sosial şəbəkədə virus kimi yayılıb.

Mənbə: Haber Global

0.095486879348755