Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

hakimiyyet.az xəbər verir ki, “Olimpiakos” səfərdə “Aston Villa”nın qonağı olub.

Görüş gözlənilməz nəticə ilə yekunlaşıb. Belə ki, yunanlar ingilisləri darmadağın edərək cavab matçı üçün üstünlük əldə ediblər - 2:4.

Digər qarşılaşmada isə “Fiorentina” evdə azlıqda qalan “Brügge”nin öhdəsindən çətinliklə gəlib. İtalyanlar sərfəli nəticəni son anda təmin etməyi bacarıblar - 3:2.

Qeyd edək ki, hər iki cüt üzrə cavab görüşləri mayın 8-də baş tutacaq.

0.077753067016602