Gözlərini evlərinin damındakı “qanlı” sırsıralarla açan rusiyalılar qorxu dolu anlar yaşadılar - FOTO

“Halloween” bitsə də, Rusiyanın Petrozavodsk şəhərinin sakinləri küçəyə çıxmağa qorxurlar. Belə ki, onlar səhəri evlərin damından sallanan “qanlı” sırsıralar və “qanlı” cığırla açıblar. Sakinlərin sözlərinə görə küçə bir gecədə “qraf Drakulanın qəsrinə” çevrilib.

Onların fikrincə, buna səbəb binanın təmiridir - hazırda dam nəmişlik və çürüməyə qarşı xüsusi qatışıqla örtülür. Dama yağan qar əridikdən sonra isə belə bir qorxunc mənzərə ortaya çıxıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

0.10574007034302