Cəlilabad sakinini bıçaqlayan şəxs saxlanıb - YENİLƏNİB

Cəlilabad sakinini bıçaqlayan şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən rayonun Günəşli kənd sakini Aydın İmanzadə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

09:06

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Zeynalov bel nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan M.Zeynalov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin kim tərəfindən törədilməsi və bıçaqlanmanın səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0.08095908164978