ABŞ Qəzza məsələsi ilə bağlı İranla əlaqə saxlayıb

ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq istəyini bildirmək üçün İranla əlaqə saxlayıb.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Son üç gündə amerikalılar bizə atəşkəs əldə etmək istədikləri barədə mesaj göndərdilər”, - deyə məlumatda vurğulanıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, “The New York Times” Vaşinqtondakı rəsmi mənbələrinə istinadən ABŞ Prezidenti Co Bayden administrasiyasının İran və Fələstinin radikal “Hizbullah” qruplaşmasına göndərdiyi barədə xəbər yaymışdı.

Mənbə: TASS

0.11316013336182