Ağ Ev İsrailin Qəzza zolağında Rəfah əməliyyatına maddi dəstək vermək istəmir, lakin Fələstinin HƏMAS hərəkatı ilə mübarizə strategiyasını təkmilləşdirmək üçün İsraillə işləməyə davam edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
“Prezident Co Bayden CNN-ə açıq şəkildə bildirdi ki, biz belə bir əməliyyata (Rəfahda) maddi dəstək vermək istəmirik”, - deyə Jan-Pyer Baydenin San-Fransiskoya uçan təyyarəsindəki brifinqdə bildirib.
Mənbə: TASS