İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammiti Azərbaycanda keçiriləcək

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu barədə “Report”un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə bağlı Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan və digər üzv ölkələr təbriklərini çatdırıblar.

0.16569113731384