Brilliant Dadaşova etiraz etdi: “Haqqımda “bu niyə ölmür?” deyə yazırlar” - VİDEO

“Təsəvvür edin, oturmusan evdə, heç kimdə işin yoxdur, açmısan televizoru, görürsən ki, kimlərsə sənin haqqında xoşagəlməz sözlər danışırlar. Baxıb, fikirləşirsən ki, axı bu nəyə görə belədir?”  

Bu sözləri Xalq artisti Brilliant Dadaşova MTV-də yayımlanan “Qum saatı” verilişində deyib.  

O qeyd edib ki, gözəl mahnılar səsləndirdiyi halda özü haqda xoş olmayan ifadələr eşidir:  

“Bir insan var deyir ki, “bilirlər ki, sənin qohumunam və bəzi yerlərdə mənə tərs baxırlar”. Ona cavabında söyləyirəm ki, əgər hüquq sistemində işləsəydim, deyərdim ki, bəlkə də kiminsə işinə düzgün qərar çıxartmamışam və nəticədə həmin şəxs mənə düşmən kəsilib. Həkim olsaydım, deyərdim ki, yəqin ki, kimisə düzgün cərrahi əməliyyat etməmişəm. Yaxud siyasətçi olsaydım kiminsə xeyrinə və ya əleyhinə danışmışam. Mən mahnı oxuyuram. Mən axı nə etmiş ola bilərəm ki, haqqımda “bu niyə ölmür?” deyə yazsınlar”.

Ətraflı süjetdə:

0.069505929946899