Əkbər Hacıyevin işçisi ölkədən niyə qaçıb? - İTTİHAM

Əkbər Hacıyevin işçisi ölkədən niyə qaçıb?
Ötən ilin dekabr ayında 3 azyaşlı uşağın ölümü ilə nəticələnən qaz partlayışına görə təqsirləndirilən mühəndis Əlipənah Əhədovun ailəsi istintaqdan və məhkəmədən narazıdır.

“Qafqazinfo”ya müraciət edən Anar Əhədov bildirib ki, atası Ə.Əhədovun bu işdə heç bir günahı yoxdur: “Atam həmin idarədə mühəndis işləyib. Oktyabrın axırı məzuniyyətə gedib, dekabrın 6-da işə çıxıb. Həmin ailə isə noyabrın 27-dən dekabrın 5-nə kimi bir neçə dəfə mütəmadi olaraq qəza xidmətinə zəng edərək şikayət ediblər. Lakin onların şikayətinə baxılmayıb. Hadisə dekabrın 8-də baş verib. Bu işdə əsas günahkar olan Masallı üzrə sahə rəisi İdrak Əsədli isə ölkədən qaçıb. Ona qaz sızması olması haqda məlumat verilsə də, heç bir tədbir görməyib. İdrak Əsədli istintaq dövründə ölkədə olub. Martın 10-da isə İrana keçərək qaçıb, martın 18-də ilk məhkəmə iclası olub, martın 28-də keçirilən ikinci məhkəmə iclasında isə atam və çilingər Məhəmməd Nuriyev həbs olundu. Onlar İdrakın qaçmağına görə tutuldular. Bu işdə günahı olan Lənkəran Regional İdarəsinin rəisi Hüseyn Şirinov Tərtərə, Qaz-İstismar İdarəsinin rəisi Ramil Ağayev Biləsuvara, Texniki Təhlükəsizliyin rəisi Elşən adlı şəxs isə Bakıya başqa vəzifələrət təyin edildilər.

Halbuki, hələ məhkəmə prosesi davam edir və gedişat zamanı onlar barəsində də qərar verilə bilər. İdrak isə ölkədən qaçıb və heç kim onu axtarmır, “İnterpol”la axtarışa da vermirlər.

Masallı rayonu üzrə 6 mühəndis var, amma məhz atamı tutmaqları məntiqsizdir. Çünki ərazi üzrə bölgü də olmayıb ki, deyələr bu kəndə atam baxırdı”.

A.Əhədov bildirib ki, 60 yaşlı atası Ə.Əhədov ürək xəstəsidir və bu işə ədalətlə baxılmasını, atasının azadlığa buraxılmasını xahiş edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Masallının Sığıncaq kəndində baş verən qaz sızması nəticəsində 13 yaşlı Əli Müseyibov, 8 yaşlı qardaşı Məhəmməd Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov dünyasını dəyişib.
Bu hadisə ilə bağlı təqsirləndirilən hər üç şəxs işə vicdansız və laqeyd yanaşmaqda ittiham edilir.

0.046191215515137