Gəncin başından qopardığı qəribə “buynuz” görənləri çaş-baş qoydu - FOTO

“ClappemCheekss” ləqəbli “Reddit” istifadəçisi başından qopartdığı cismin şəklini sosial şəbəkə hesabından yayımlayıb, bununla da istifadəçiləri çaş-baş qoyub.

Nəşrin müəllifinin sözlərinə görə bu qəribə şeyi başında qaşınan yerdən çıxarıb.

“Başım qaşınırdı. Mən qaşınan yerdə kiçik bir qabar hiss etdim. Dırnaqlarımla dartım və qəribə bir şey çıxartdım. Bunun nə zibil olduğunu bilmirəm”, - deyə o fotoya şərh yazıb.

İstifadəçilər paylaşımı birmənalı qarşılamayıblar. Bəziləri bu mənzərədən qorxduqlarını etiraf ediblər, zarafatla yazı müəllifini hansısa başqa məxluqa, məsələn, kirpiyə və ya toyuğa çevrildiyini deyənlər də tapılıb.

Ancaq bir qism istifadəçi bunun elmi izahını verməyə çalışıblar:

“Düşünürəm ki, bu dəri buynuzudur, məndə bir neçə belə şey olub”,  “sızanaq və ya dəri altında qalınlaşmış tük ola bilər”, “Yanlış istiqamətdə inkişaf etmiş tük ola bilər”, - deyə onlar öz fikirlərini bölüşüblər.

 

Mənbə: Lenta.ru

0.08174991607666