İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır.

hakimiyyet.az xəbər verir ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək.

“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.

0.078102827072144