Ukraynadan hərəkətə başlayan taxıl daşıyan gəmi Qara dənizdə minaya düşüb

Odessadan Rumıniyanın Konstansa limanına taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.

Ukrayna hökumətindəki mənbənin sözlərinə görə, taxıl daşıyan ticarət gəmisi Ukrayna sahillərində zədələnib və ehtimal ki, üzən dəniz minasına düşüb.

Hadisənin digər təfərrüatları və gəmi heyəti arasında xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Mənbə: Reuters

0.071038961410522