Ermənistan XİN başçısı KTMT iclasına qatılmayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-də Minskdə keçiriləcək görüşə qatılmayacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Belarusda təşkil olunacaq KTMT liderləri sammitində iştirakdan imtina edib.

Mənbə: TASS

1.3185389041901