İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb

İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb.

Məlumata görə, atəşkəs sabah yerli vaxtla saat 10:00-da başlayacaq.

Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.

Razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq.

İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək.

Mənbə: The Times of Israel

0.084128856658936