Görənlər heyrətə düşür: Üstünə hücum çəkən kanqal itini bir həmlə ilə “dondurdu” - VİDEO

Türkiyədə fermerin ona hücum edən kanqal itini bir həmlə ilə sakitləşdirməsi ilə bağlı görüntülər yayılıb. Bu kadrları izləyən hər kəs heyrətlənib.

Kadrlarda kanqal itinin fermadan çıxan adama hücumu görünür. Bu zaman təmkinini qoruyan kişi bir hərəkətlə ona tərəf gələn iti zərərsizləşdirib. İtin yanaqlarından tutan kişi aqressiv heyvanı donmuş vəziyyətdə saxlayıb və fermada olan qadını köməyə çağırıb.

Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan videoya baxanlar kişinin bu hərəkəti necə etdiyini anlaya bilməyiblər.

Mənbə: Sondakika.com

0.16534900665283