Sakinlər qorxulu mənzərənin şahidi oldular: Rusiyada çay “balıq qəbiristanlığına” çevrildi - VİDEO

Moskva vilayətində Mıtışidə (Rusiya) Uça çayı “balıq qəbiristanlığına” çevrilib. Yerli sakinlər Liskovo və Marfino kəndləri arasındakı su anbarında çoxlu ölü balıq aşkar ediblər.

Hadisə şahidləri qeyd edirlər ki, qorxulu mənzərə ilə yanaşı, su anbarından iylənmiş leş qoxusu gəlir.

Yerli sakinlər qonşu fabriklərin bu fəlakətə səbəb ola biləcəyini düşünür və artıq Moskva vilayəti üzrə müfəttişliyə şikayətlər göndəriblər.

Yerli ekoloqların sözlərinə görə, ekoloqlar hadisəni nəzarətə götürüblər.

Mənbə: İnramenskoe.ru

0.11284422874451