“Patrul.az” media şirkətinin rəhbəri Səməndər Niftəliyevə BƏRAƏT VERİLDİ

'Patrul.az" media şirkətinin rəhbəri Səməndər Niftəliyev barəsində 12 sentyabr 2022-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.3-cü maddələri ilə cinayət işi başlanaraq, baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 

Bir ildən çox davam edən məhkəmə istintaqı başa çatıb. Hakim Anar Rzayevin sədirliyi ilə keçirilən məhkəmə prosesində yekun hökm oxunub. Hökmə əsasən media şirkətinin rəhbərinə qarşı irəli sürülən ittihamlar əsassız hesab edilərək onun barəsində bəraət hökmü çıxarılıb. 

Səməndər Niftəliyev "Azərbaycan Reallığı"na açıqlamasında bildirir ki, bu qərar Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il fərmanı öz nəticəsini bir daha sübut etdi ki, məhkəmə sistemi tam sərbəst şəkildə fəaliyyətini davam etdirir. 

Hakimlərin müstəqilliyi təmin edilmiş, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ hallar aradan qaldırılmaqdadır. 

Ədalətli məhkəmə araşdırılması aparılaraq, mənim təqsirsizliyim sübuta yetirildi. 

“Mövcud vəziyyətdə qanunun aliliyi prinsipini nəzərə alaraq Azərbaycan Respublikası qanunları qarşısında baş əyirik, ədalətin bərqərar olunmasında obyektiv araşdırmalar aparıldığı üçün Məhkəmə və Prokurorluq orqanlarına "Patrul.az" Media şirkəti adından təşəkkürümüzü bildiririk.” deyə sonda Səməndər Niftəliyev bildirib.

0.27832102775574