Almaniyada sosializm dövrünə aid gəlinciklərdən ibarət kolleksiya satılır - FOTO

Almaniyada sosializm dövrünə aid iki min oyuncaqdan ibarət kolleksiya satışa çıxarılıb.

Məlumata görə, Saksoniyadan olan Henk Deykstr Avropada məşhur antikvar satıcı olub. Almaniyanın birləşməsi və sosialist düşərgəsinin dağılmasından sonra o, sosializm dövründən qalan oyuncaqları almağa başlayıb.

“Biz ADR, Çexoslovakiya və Polşadan oyuncaqlar aldıq. Onları Qərbdə və Böyük Britaniyada satdıq”, - deyə onun oğlu Dauve xatırlayır.

Henk Deykstr 2021-ci ildə vəfat edib. O vaxtdan bəri oğlu onun topladığı əşyaların təxminən 85%-ni satıb.

Qalanlar arasında 2000-dən çox gəlincik və oyuncaq ayı kolleksiyasının olduğu qeyd edilir. Onlar Oşats şəhərindəki anbarda saxlanılır. Dauve Deykstr onu Almaniyanın ən böyük şəxsi gəlincik kolleksiyası adlandırır. O, bu yaxınlarda kolleksiyanı 59 min avroya satışa çıxarıb.

Mənbə: BILD

0.077133893966675