Prezident seçkisində nə qədər yerli müşahidəçi qeydiyyatdan keçib?

Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

hakimiyyet.az-ın məlumatına əsasən, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

O deyib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Bildirək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

0.079453945159912