Prezident: “Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək”

“Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb:

“Bu il Qarabağ, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir”.

0.097864866256714