Şabran-Qalaaltı yolu buz bağlayıb - FOTO

Havaların kəskin pisləşməsi, şaxtalı hava şəraiti regionlarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb. 

Bölgələrə gedən bəzi vətəndaşlar yolda qalıblar. Yol buz bağladığından avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

Təqdim etdiyimiz fotolar Şabran-Qalaaltı yolunda çəkilib. 

Qeyd edək ki, qış fəslində hava şəraitini, eləcə də rayonlarda qarlı havanı nəzərə alaraq sürücülər yola çıxarkən nəqliyyat vasitələrini mövsümə uyğun olaraq tam təchizatlı hala salmaları da vacibdir. 

0.1065559387207