Mənzillərdən oğurluq edən şəxsin evində tapança aşkarlanıb - FOTO

Mənzillərdən oğurluq etdiyinə görə saxlanılan şəxsin evində tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan cənub bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç yaşayış evindən dəyəri altı min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

0.084963798522949