İranda son 80 ilin inflyasiya rekordu qırılıb - FOTO

İran Prezidenti İbrahim Rəisinin seçki şüarlarına və ali rəhbər Əli Xameneinin təkidlərinə baxmayaraq, ölkədə inflyasiya cilovlanmayıb, hazırkı hökumət dövründə 80 illik inflyasiya rekordu 52%-lə qırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Mərkəzi Bankın məlumatına görə, bundan öncə də inflyasiya rekordu İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə 49,4 faizlə olub.

Qeyd olunub ki, 2023-cü ilin may ayında ölkədəki müxtəlif qurumlara inflyasiyanın və istehsal artımının cilovlanması üçün 10 göstəriş verilib.

4.5142779350281