“Çelsi” darmadağınla İngiltərə Liqa Kubokunun finalına çıxdı

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk cavab matçı keçirilib.

Öz meydanında “Midlsbro”nu qəbul edən “Çelsi” qonaqların qapısından altı top keçirib. Qarşı tərəf bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 6:1.

İlk qarşılaşmada rəqibinə minimal hesabla (1:0) uduzan “zadəganlar” iki oyunun nəticəsinə əsasən (6:2) finala yüksəliblər.

Qeyd edək ki, digər yarımfinal cütünün ilk matçında “Liverpul” “Fulhem”i 2:1 hesabı ilə məğlub edib. Komandaların cavab görüşü yanvarın 25-i baş tutacaq.

0.14288902282715