Ərdoğan: “Azərbaycana dəstək hər sahədə davam edəcək”

“Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda tezliklə sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

Dövlət başçısı bütün sahələrdə Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb.

Mənbə: Haber Global

0.090495109558105