Fatih Terim Yunanıstanda bir ilk yaşadı

Karyerasında yeni səhifə açan və Yunanıstan Superliqa komandalarından olan “Panatinaikos”la müqavilə imzalayan Fatih Terim yeni komandasında ilk məğlubiyyətini alıb.

Yunanıstan kubokunun 1/4 final matçında “Atromitos”u qəbul edən “Panatinaikos” 2:1 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

Maraqlıdır ki, Terimə ilk məğlubiyyətini yaşadan “Atromitos”un çalışdırıcısı bir müddət “Qalatasaray”da futbol oynamış Saşa İliçdir.

Mənbə: Sabah​

0.092555046081543